GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Sülhməramlıların “Z” simvolikası və Qarabağda iki postu boşaltmaq iddiası

Sülhməramlıların “Z” simvolikası və Qarabağda iki postu boşaltmaq iddiası

Tarix: 11-05-2022, 11:23 Bölmə :Bölgə Baxış: 276

Hərbi ekspert: “Qarabağda yerləşən hərbi qüvvələri dünyada heç kim sülhməramlı qüvvə olaraq tanımır; postlarının sayı 27-dən artıq ola bilməz”


Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları iki nəzarət-buraxılış məntəqəsini ləğv edərək oradan çıxıblar. Erməni mediası xəbər verir ki, sökülən hər iki nəzarət-buraxılış məntəqəsi Xocavənd və Xocalı (Sos və Xaçmaç kəndləri) rayonlarında yerləşirdi.

Bildirilib ki, sülhməramlılar həmin kəndlərdə nəzarət-buraxılış məntəqəsi saxlamağı mənasız hesab edib, ona görə də onu söküblər. Ərazidən çıxan rusiyalı hərbçilərin hara köçürülməsi haqqında məlumat verilməyib.

Qeyd edək ki, ötən ay  Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında dərc edilmiş xəritələrdən belə məlum olmuşdu ki, sülhməramlıların müşahidə post və məntəqələrinin sayı artırılıb. Bildirilirdi ki, sülhməramlıların məsuliyyət zonasındakı xəritədə müşahidə postlarının sayının 27-dən 33-ə qaldırıldığı qeyd olunub. Ancaq bir gün sonra xəritədə yenidən düzəliş edilib və postların sayı 10 noyabr razılaşmasında nəzərdə tutulduğu kimi 27-yə endirilib.

Bu arada Qarabağda yerləşən sülhməramlıların qolunda kvadrat içində “Z” hərfli şevron olan şəkillər yayılıb.  Aydın görünür ki, bölgədə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları bununla öz missiyalarından kənara çıxırlar.  

Bu məlumat nə dərəcədə həqiqəti əks etdirə bilər və  doğrudursa, sülhməramlılar bunu Bakının razılığı olmadan edə bilərmi?  Ümumiyyətlə, postların sayını artırmaq səlahiyyətləri varmı? “Z” hərfi Rusiya ordusunun simvolunamı çevrilir?

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazisinə daxil olduqdan indiyə qədər sülhün müdafiəsindən başqa hər cür işlərlə məşğuldurlar: “Nəticədə biz bu müddətdə ən müxtəlif problemlərlə üzləşmişik. Şuşa postunda Azərbaycan əsgərlərinin üzərinə qumbara atan erməni terrorçunu sülhməramlılar tutdular və dərhal azad etdilər. Separatçıları ruhlandıran, qızışdıran ən müxtəlif hərəkətlərə də sülhməramlılar dəfələrlə yol veriblər. Sülhməramlıların iştirakı ilə qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazisində səngərlər qazıblar. Sülhməramlıların gözləri önündə silahlı ermənilər Ağdərə-Kəlbəcər yolunda Azərbaycanın yük daşıyan hərbi karvanına hücum ediblər. Bu kimi ən müxtəlif çoxsaylı hadisələr yaşanıb və yaşanmaqdadır ki, bu da Rusiya sülhməramlılarının öz missiyasını yerinə yetirmədiyini sübuta yetirir. Rusiyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən qüvvələrinin davranışları sülhməramlı missiyası ilə uyğun gəlmir. 10 noyabr üçtərəfli bəyanatında göstərilir ki, Rusiya sülhməramlılarının 27 postu ola bilər və postların sayı Azərbaycanla razılaşmadan həyata keçirilə bilməz. İndi onlar Azərbaycanla razılaşmadan postların sayını artırırsa, əvvəla, bu, üçtərəfli bəyanatın pozulmasıdır, ikincisi, Azərbaycanın əsəblərini tarıma çəkməkdir. Ümumiyyətlə, Rusiya Müdafiə Nazirliyi son aylarda Azərbaycan Konstitusiyasına, beynəlxalq qanunlara və üçtərəfli bəyanata hörmətsizlik etməklə məşğuldur. Azərbaycana qarşı təxribatlara yol verilir. İndi bu post məsələsi də Azərbaycana qarşı növbəti təxribatdır. 

Ruslar Azərbaycanın ədalətli qələbəsini, yeni reallığı daxilən qəbul edə bilmirlər. Ona görə tez-tez təxribatlara, çirkin oyunlara əl atırlar. Bir daha deyirəm ki, 27 postdan yuxarı say tərkibini ruslar artıra bilməz. Artırıblarsa, tamamilə qanunsuzluq ediblər və artırılan postlar Azərbaycan ərazisində Azərbaycan dövləti ilə razılaşdırılmadan qurulmuş qanunsuz postlar sayılır”.

Hərbi ekspert onu da qeyd etdi ki, əslində Qarabağda yerləşən hərbi qüvvələri dünyada heç kim sülhməramlı qüvvə olaraq tanımır: “Onları dünyada sülhməramlı kimi tanıyan yoxdur. Nə BMT, nə də digər hansısa böyük bir beynəlxalq təşkilat Rusiya hərbçilərinə sülhməramlı statusu verib. Dünya birliyi də yaxşı bilir ki, Rusiya hərbi qüvvələri heç zaman sülhyaratma, sülhün qorunması ilə məşğul deyillər və olmayacaqlar da. Rusiya Silahlı Qüvvələrinin olduğu heç bir yerdə sülhün olması mümkün deyil. Çünki onlar sülhə qarşıdırlar, sülhün olmaması üçün hər cür təxribatlara əl atırlar”. 

Hərbi polisin sabiq rəisi Rövşən Məhərrəmov: "Allah vətənimizi,  dövlətimizi, Ordumuzu və əsgərlərimizi qorusun » Gundelik-Baku.Com

Rövşən Məhərrəmov

R.Məhərrəmov onu da dedi ki, rus sülhməramlılarının təcrübəli hərbçilərinin əksəriyyəti Ukraynaya aparılıb. Onların əvəzinə, təcrübəsiz yeni hərbi çağırışçılar Qarabağa gətirilib. Hazırda sülhməramlıların tərkibində zabit heyətinin sayı əvvəlki dövrlə müqayisədə çox azdır:

"O ki qaldı “Z” hərfinin  rus sülhməramlı qüvvələrinin hərbçilərinin qoluna emblem kimi  yazılmasına, bu da daha bir təxribatdır. Ukrayna müharibəsində Rusiya ”Z" hərfini bütün hərbi texnikasının, hərbçilərinin geyiminin üzərinə yazıb. Artıq bütün dünyada bu işarə işğalı, zorakılığı simvolizə etməkdədir. İndi rus sülhməramlılar qollarına “Z” hərfini yazmaqla həm də Azərbaycanı öz aləmlərində hədələyirlər. “Z” hərfi rus ordusunun işğalçılıq simvoluna çevrilib. Onların kənar ərazilərə çıxmasına gəlincə, buna Azərbaycan Silahlı Qüvvələri imkan verməməlidir. Sülhməramlı adlanan qüvvələrin nəzarətində hansı ərazilər olmalıdır, hamısı üçtərəfli bəyanatda əksini tapır. O ərazilərdən kənara çıxa bilməzlər".

Həmsöhbətimiz vurğuladı ki, Azərbaycanın istənilən an qanunsuzluq edən sülhməramlıların ərazimizdən çıxarılması tələbini qoymaq hüququ var: “Azərbaycan bu hüququnun olduğunu Rusiyanın nəzərinə çatdırmalıdır. Mən hesab edirəm ki, rus sülhməramlıların Azərbaycan ərazisində yerləşməsi üçün nəzərdə tutulan beş il tamam olan kimi dərhal, həmin gün həmin qüvvələr Azərbaycan ərazisindən çıxarılmalıdır. Bu məsələni vaxtaşırı Rusiyanın diqqətinə çatdırmaq gərəkdir. Moskva əmin olmalıdır ki, Azərbaycanın mövqeyi qətidir. Əslində Azərbaycan sülhməramlı missiyadan uzaq olan rus hərbçilərinə qarşıdakı 3 il üçün güzəşt etdiyini Rusiyaya xatırlatmalıdır”.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya helikopterləri Qarabağda sülhməramlı əməliyyatlarda istifadə ediləcək

    Rusiya helikopterləri Qarabağda sülhməramlı ...

    12-11-2020, 10:36

  • 
  • Rusiya XİN-dən Qarabağda sülhməramlılarının sayının artırılması məsələsi ilə bağlı AÇIQLAMA

    Rusiya XİN-dən Qarabağda sülhməramlılarının ...

    18-11-2020, 17:31

  • 
  • Rusiya MN: “Hərbi əməliyyatların bitməsindən sonra Qarabağda ilk dəfə atəşkəs pozulub”

    Rusiya MN: “Hərbi əməliyyatların bitməsindən ...

    12-12-2020, 19:57

  • 
  • Putin Rusiya Təhlükəsizlik Şurası ilə Qarabağdakı sülhməramlıların işini müzakirə edib

    Putin Rusiya Təhlükəsizlik Şurası ilə Qarabağdakı ...

    27-11-2020, 16:53

  • 
  • İlham Əliyev Putinlə Türkiyə sülhməramlıları haqda danışdı

    İlham Əliyev Putinlə Türkiyə sülhməramlıları ...

    11-11-2020, 12:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu