Gundemxeber.az » Ölkə » Bölgə » DİN-dən Lənkəranda 17 yaşlı tələbənin döyülməsinə REAKSİYA
Daxili İşlər Nazirliyi Lənkəran rayonunda 17 yaşlı tələbənin polislər tərəfindən döyülməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, mayın 31-də səhər saatlarında Lənkəran ŞRPŞ-nin əməkdaşları şəhər ərazisində xidmət apararkən Sosial və Aqrar-Texnoloji Kollecin qarşısındakı piyada keçidinin üzərində dayanaraq söhbət edən həmin kollecin tələbələri - F.Xinqalov və 17 yaşlı Z.Z.-nin nəqliyyat vasitələri və piyadaların sərbəst hərəkətinə maneə yaratdıqlarını müşahidə ediblər:
“Polis əməkdaşları bununla bağlı həmin şəxslərə irad bildirərək onları nizam-intizama dəvət etdikdə isə onlar polis əməkdaşları ilə mübahisə ediblər. Həmçinin, Z.Z. nümayişkaranə şəkildə polis əməkdaşlarına tabesizlik nümayiş etdirib. Lənkəran ŞRPŞ-yə gətirilən hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsinə əsasən, inzibati protokol tərtib edilib və onlar sərbəst buraxılıblar.
Z.Z.-nin döyülməsi ilə bağlı səsləndirilən iddialara gəldikdə isə bildiririk ki, həmin şəxsə qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq və ya digər qanunsuz hərəkətə yol verilməyib. Həmin iddianın heç bir əsası yoxdur”.
Qeyd edək ki, Lənkəranda polislərin 17 yaşlı kollec tələbəsini döyməsi barədə xəbərlər yayılmışdı.
Gundemxeber.Az
2-06-2021, 14:21
13-04-2021, 12:21
18-12-2020, 13:07
8-05-2021, 11:00
4-08-2021, 11:33
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?