Gundemxeber.az » Ölkə » Bölgə » Astarada 9 aylıq hamilə qadın qəfildən ölüb
Astarada 9 aylıq hamilə olan qadın ölüb.
"Report" Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Giləkəran kəndində baş verib.
1997-ci il təvəllüdlü Qasımzadə Aytən Eldəniz qızı dünyasını dəyişib. İlkin məlumata görə, qadın yaşadığı evdə qəfildən ölüb. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Qeyd edək ki, A.Qasımzadənin 9 aylıq hamiləlik dövrü normal keçib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
23-08-2018, 11:54
5-02-2018, 16:16
27-10-2016, 23:20
13-07-2017, 14:57
12-11-2017, 22:45
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?