Gundemxeber.az » Ölkə » Bölgə » Britaniyanın Azərbaycandakı səfirliyi Londondakı insidenti pisləyib
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyən açıqlama yayıb.
Gundemxeber.az xəbər verir ki, açıqlamasında qeyd olunub:
"Böyük Britaniya Azərbaycanın Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pisləyir və hal-hazırda bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparır. Polis binanın içərisindəki səfirliyin əməkdaşlarını təhlükəsiz şəkildə təxliyə edib, daha sonra etirazçıları oradan uzaqlaşdırıb. 8 nəfər həbs edilib. Böyük Britaniya ölkədəki diplomatik nümayəndəliklərin qorunmasına zəmanət vermək öhdəliyinə ciddi yanaşır və polis müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək üçün Azərbaycan Səfirliyi ilə əlaqə saxlayır".
GUNDEMXEBER.AZ
10-07-2017, 13:29
20-08-2018, 13:21
13-05-2019, 13:53
6-03-2018, 12:18
9-01-2020, 11:50
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?