Gundemxeber.az » Ölkə » Bölgə » Rusiyalı ekspertdən Qarabağ həqiqətləri... - "...təxribatlar törədilib"
usiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Aleksey Malaşenko hesab edir ki, Azərbaycan ordusunun son antiterror əməliyyatına səbəb Ermənistan tərəfindən törədilmiş hərbi təxribat olub. Gundemxeber.az moderator.az-a istinadla xəbər verir ki, ekspert bu haqda "Kavkazski uzel" nəşrinə açıqlamasında danışıb.
"Onları [azərbaycanlıları] atəşkəsi pozmağa təhrik ediblər; Ermənistan tərəfi, o cümlədən Dağlıq Qarabağ tərəfindən təxribatlar törədilib. Bu, erməni fəaliyyətinin nəticəsidir və Bakının nöqteyi-nəzərindən buna cavab verilməlidir... Laçın dəhlizi - bütün tərəflər, o cümlədən Rusiya üçün faydalı olan mühüm komponentdir. Və onun ətrafında həmişə münaqişələr olacaq”, - deyə Malaşenko bildirib və əlavə edib ki, Rusiyanın öz "sülhməramlıları"nı yenidən ərazidə yerləşdirmək qərarına “hər iki tərəf riayət etməli olacaq”.
Malaşenko ona da əmindir ki, Laçın dəhlizi “Azərbaycan ərazisidir”.
"Azərbaycanlılar nəzarət etmək istədikləri bu sektorda maraqlı olduqlarına eyham vururlar... Hesab edirəm ki, müqavilədə yeni bəndlər peyda ola bilər. Müqavilələrdə "birdəfəlik və həmişəlik həll olunur" deyilə biləcək heç nə yoxdur. Münaqişə ağırdır, siyasidir. Və o, əsrlər boyu davam edib və edəcək - bu, birmənalıdır. Laçın dəhlizi isə bu konfliktin ən "dar" yerlərindən biridir”, - deyə Rusiya eksperti vurğulayıb.
P.S. Xeyli dərəcədə ədalətli danışan Rusiya şərhçisinə onu da xatırlatmaq gərəkdir ki, bu gün Laçın "dəhlizi" və Qarabağa "sülhməramlı"larını "yerləşdirməli olan" Rusiya "əsrlər boyu davam etmiş və edəcək" erməni-azərbaycanlı münaqişəsinin əsasını məhz özü qoyub və əsrlər boyu onu tam soyuyub bitməyə qoymayıb...
Gundemxeber.az
11-11-2020, 13:35
4-04-2016, 00:05
17-11-2017, 23:22
28-09-2020, 13:54
10-11-2020, 09:34
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?