GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Sərhədlər bəlli deyilsə, sülh müqaviləsi necə imzalana bilər? - Rusiyalı eskpert

Sərhədlər bəlli deyilsə, sülh müqaviləsi necə imzalana bilər? - Rusiyalı eskpert

Tarix: 5-09-2022, 15:44 Bölmə :Bölgə Baxış: 266

“Avropa İttifaqı Qarabağ nizamlanması ilə bağlı təşəbbüsü Rusiyadan almağa çalışır”.

Gundemxeber.az bildirir ki, bunu Ermənistan mediasına müsahibəsində Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəxlaq Münasibətlər İnstitunun postsovet araşdırmaları mərkəzinin baş elmi işçisi, tarix elmləri namizədi Stanislav Pritçin deyib.

“Avropa İttifaqı indiki şəraitdə təşəbbüsü Rusiyanın əlindən almağa çalışır. Ancaq aydındır ki, münaqişə dövründə Avropa İttifaqı nə nizamlanma prosesində, nə də danışıqlarda heç bir şəkildə iştirak etmirdi, nə institusional imkanalar, nə də münaqişə barədə anlayış yox idi", - deyə ekspert bildirib.

Avropa İttifaqı, Azərbaycan və Ermənistan dövlət başçılarının Brüsseldə keçirilən son üçtərəfli görüşünün nəticələrini şərh edən S.Pritçin deyib ki, 9 noyabr 2020-ci ildə imzalanan atəşkəs bəyanatı çərçivəsində nizamlanmanın konturları müəyyən edilib və onların mərhələli şəkildə həyata keçirilməsinə başlanılıb. Məhz bundan sonra Avropa İttifaqı işə qarışıb:

“Avropa İttifaqı Rusiyanın vasitəçi kimi qoyduğu konturlardan istifadə edərək, təşəbbüsü ələ keçirməyə və bir sıra məsələləri həll etməyə çalışır”.

S.Pritçin bildirib ki, Azərbaycan və Ermənistanın Brüssel formatından özləri üçün daha sərfəli imkanlar qazanacaqlarına dair gözləntiləri var və bu, Avropa İttifaqının əlinə işləyir:

“Ona görə də belə çıxır ki, delimitasiya Rusiyanın vasitəçiliyi ilə həyata keçirilir (baxmayaraq ki, delimitasiya komissiyasının növbəti iclası da Brüsseldə keçiriləcək), sülh müqaviləsi və nizamlanmanın konturları isə Brüsseldə müzakirə olunur”.

Rusiyalı politoloq vurğulayıb ki, Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün Moskvada keçirilməsinin mümkün olub-olmadığını söyləmək hələlik çətindir. Politoloq xatırladıb ki, Brüsseldə keçirilən əvvəlki görüşlər bu və ya digər dərəcədə ya Vladimir Putinlə görüşlə, ya da başqa formatda görüşlərlə müşayiət olunub.

“Biz görürük ki, prinsipcə, Brüsseldəki görüş heç də əvvəlcədən bəyan olunduğu kimi məhsuldar olmayıb. Ona görə də biz burada situasiyanı və Avropa İttifaqının danışıqların dinamikasını nə dərəcədə təmin edə biləcəyini izləyəcəyik. Çünki hazırkı razılaşmalar çərçivəsində ciddi dinamika yoxdur”, - deyə Pritçin bildirib.

Politoloq həmçinin qeyd edib ki, Rusiya hazırda vasitəçi və mediatordur, məhz onun vasitəçiliyi sayəsində münaqişənin qaynar mərhələsi dayandırılıb:

“Əlbəttə, belə şəraitdə başqa vasitəçi ilə hərəkət etmək və əsas vasitəçinin uğurlarını ona ötürmək tamamilə səhv addımdır”, - deyə ekspert bildirib.

Sülh sazişinin tezliklə bağlanmasının mümkünlüyü ilə bağlı sualı cavablandıran Pritçin deyib ki, keçirilən hər görüşdən əvvəl ciddi razılaşmaların olacağı anons edilirdi və bu baxımdan sonuncu Brüssel görüşü də istisna olmadı:

"Burada biz gördük ki, sülh müqaviləsinin hazırlanması üçün demək olar, müddətlərin müəyyən ediləcəyindən və buna uyğun olaraq, az qala ilkin protokolun, nümunə layihəsinin imzalanacağından söhbət gedirdi. Amma yekun nəticə göstərdi ki, hər şey bu qədər sadə deyil və mənə elə gəlir ki Avropa İttifaqında bəzən problemin mürəkkəbliyini tam dərk etmirlər”.

O vurğulayıb ki, istənilən sülh müqaviləsi hərtərəfli sənəddir. Ekspertin fikrincə, ilkin olaraq belə bir müqaviləyə delimitasiya məsələsi daxil edilməli idi: “Əgər sərhəd yoxdursa, dövlətlər arasındakı sərhədin haradan keçdiyi bəlli deyilsə, hansı sülh müqaviləsi ola bilər? Lakin delimitasiya komissiyasının ayrıca, sülh müqaviləsi ilə bağlı komissiyadan ayrıca işləməsi qərara alınıb"./Bakupost.az/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Avropa İttifaqı SÖZÜNÜ TUTDU: Türkiyəyə 3 milyard avro ödəyəcək

    ​Avropa İttifaqı SÖZÜNÜ TUTDU: Türkiyəyə 3 ...

    14-03-2018, 20:00

  • 
  • Avropa İttifaqı Belarusa qarşı sanksiyalara hazırlaşır

    Avropa İttifaqı Belarusa qarşı sanksiyalara ...

    20-08-2020, 10:30

  • 
  • Yohannes Han: "Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır"

    Yohannes Han: "Azərbaycan Avropa İttifaqı ...

    13-06-2019, 11:12

  • 
  • Komissar: "Avropa İttifaqı dağıla bilər"

    Komissar: "Avropa İttifaqı dağıla bilər" ...

    30-12-2015, 18:05

  • 
  • Avropa Şurası və Avropa İttifaqı edam cəzasının ləğvinə çağırır

    Avropa Şurası və Avropa İttifaqı edam cəzasının ...

    10-10-2014, 14:10


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu