GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » XTQ-nin Füzulidə ön xətti yarma əməliyyatı: “50-100 metr məsafədə qızğın döyüşlər gedirdi” - FOTO/VİDEO

XTQ-nin Füzulidə ön xətti yarma əməliyyatı: “50-100 metr məsafədə qızğın döyüşlər gedirdi” - FOTO/VİDEO

Tarix: 17-10-2022, 13:42 Bölmə :Bölgə Baxış: 289

“Yanan tankın içərisindən çıxan hərbi qulluqçumuzu görüb dəhşətə gəldim. Həmin vaxt onu mütləq söndürməliydim. Müharibənin ilk psixoloji zədəsini də məhz bu hadisə zamanı aldım”.

Bunu “Report”un Füzuli rayonuna ezam olunmuş əməkdaşına müsahibəsində Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) keçmiş hərbi qulluqçusu, Vətən müharibəsi qazisi Ayar Abbasov deyib.

Bildiyiniz kimi, erməni silahlı bölmələri 30 ilə yaxın davam edən işğal dövründə güclü mühəndis-istehkam maneələri qurmuşdular.

Döyüş yolundan danışan qazi bildirib ki, 2020-ci il sentyabrın 28-də saat 06 radələrində Füzulinin Qaraxanbəyli kəndi istiqamətindən ön xətti yarıblar və çayqırağı maneələrdən istifadə edərək düşmənin istehkamına yaxınlaşıblar.

“Bizim arxamızca isə tank bölmələrimiz gəlirdi. Artıq düşmənlə təmas xəttinə, təxminən, 5 km məsafə qalmışdı. Həmin anda öndəki qrupda olan kəşfiyyatçımız gizir Aslan Şərifov düşmən gülləsinə tuş gəldi. Ona ilk tibbi yardımı sonralar döyüşlərdə şəhidlik zirvəsinə yüksələn gizir Kərim Əliyev göstərdi və arxaya çəkdi. Düşmən istehkamını aşaraq təmas xəttinə irəliləyəndə bu dəfə gizir Vasif Məmmədovu snayperlə vurdular. Bunun ardınca isə arxamızda olan tanklardan biri vuruldu. Yanan tankın içərisindən çıxan hərbi qulluqçumuzu görüb dəhşətə gəldim. Onu söndürməkdən başqa çarəm olmadı. Döyüşün ilk psixoloji travmasını da elə məhz bu hadisə zamanı aldım. Biz güclə ərazidəki xarabalığa çatdıq, çünki düşmən güclü müqavimət göstərirdi. Ərazini də əllərinin içi kimi tanıyırdılar”, - A.Abbasov söyləyib.

Yaralı vermədən irəliləməyin mümkün olmadığını vurğulayan Vətən müharibəsi qazisi deyib ki, həmin vaxt ermənilər məhz artilleriya və minaatanlardan daha çox istifadə edirmişlər:

“Elə bir vəziyyət idi ki, döyüş yoldaşım şəhid Kərim Əliyev güllə yağışı altında rabitə aparatına batareya gətirmək məcburiyyətində qaldı. Sentyabrın 29-da səhər saatlarında qarşımızdakı xarabalıqlarda 30-a yaxın düşmənin mövqeləndiyini gördük. Qrup komandirim, Qarabağ ordenli şəhidimiz, kapitan Kamil Şirinov tabor komandiri ilə rabitə əlaqəsinə girərək oraya hücum etmək icazəsi istədi. Tabor komandirimiz təhlükəli olduğunu deyərək səbir etməyini xahiş etdi. Lakin kapitanımız təkid edərək icazə aldı və 5 nəfərlə hücum etdik. Bir məsələni xüsusi vurğulayım ki, əgər biz ora hücum etməsəydik, ermənilər bölmələrimizi pusquya salıb bütün döyüş planımızı alt-üst edəcəkdi”.

Ayar Abbasov

A.Abbasov diqqətə çatdırıb ki, Vətən müharibəsindən 2 il keçməsinə baxmayaraq, işğaldan azad edilən Füzuliyə ilk dəfədir gəlir:

“Hisslərimi ifadə etmək mənimçün çox çətindir. Çünki buranın hər daşı, hər qayasında bir xatirəm var. Şəhid döyüş yoldaşlarım var ki, burada onlarla birlikdə düşmənə qarşı amansız döyüşlərimiz olub. Şəhid dostlarımla olan xatirələr mənim yaddaşımdan heç vaxt silinməyəcək”.

Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş XTQ-nin digər qazisi Şamil Məmmədovun sözlərinə görə, həmin döyüş tapşırığını yerinə yetirərkən düşmən onların sol tərəfindən manevr edib ordumuzun bölmələrini pusquya salmaq istəyib:

“Bizi atəşə tutdular və həmin mövqedən geri çəkilmək məcburiyyətində qaldıq. Uçuq binaların birinə çəkiləndə ermənilər gizirimiz Seyidbala Əliyevin hər iki ayağından vurdular. Seyidbala hər iki ayağı qırılmış vəziyyətdə yerdə qaldı. Şəhidimiz Vətən müharibəsi qəhrəmanı gizir Elyar Vəliyev, Vətən Müharibəsi Qəhrəmanı, şəhid baş gizir Camal İsmayılov və qrup komandirimiz şəhid kapitan Kamil Şirinov digər uçuq binalarda mövqe tutdular. Mən isə pulemyot ilə tək atəşlə dəstək oldum. Digər qruplarımız bizə çatdılar və düşmənlə ara məsafəsi 50-100 metr olan qızğın döyüş baş verdi. Güllə yağışı altında Seyidbalanı arxaya çəkə bildik. Elyar Vəliyev, Kamil Şirinov və mən onun təxliyəsi ilə məşğul olduq. Ağrıya dözə bilməyən döyüş yoldaşım Seyidbala cibindən yenicə doğulmuş körpəsinin şəklini çıxararaq baxıb ağladı.

Kapitanımız Kamil Şirinov onu sakitləşdirmək üçün zarafatyana “döz canavarım, döz.. inşallah müharibədən sonra sənin rütbəni artıracağam” dedi. Həmin an hamımız gülüşdük və o gülüş müharibədə bizim son gülüşümüz oldu. Çünki Seyidbalanın başı üzərində dayanan Kamilin başının aşağı düşdüyünü, əlinin boşaldığını və burnundan qan gəldiyini gördük. O, nankor düşmənin snayperdən açdığı atəşdən şəhid oldu. Bu məqamda şəhidimiz gizir Kərim Əliyev bizə tərəf qaçaraq “Sarı komutanıma nə oldu” deyərək ağladı. Mən Kərimlə çiyinlərimizi yapışdıraraq 10-a yaxın düşməni məhv etdik. Hər erməni məhv etdikcə “komutanımızın qisasını aldıq” deyirdik.

Şamil Məmmədov

Komandirimin nəşini belimdə aparacağım heç ağlıma gəlməzdi. Təxliyə qrupu yaralıları aparanda mən dedim ki, komutanımı özüm aparacağam. Xidmətdə olan digər yoldaşım da irəli atılaraq “mən də sənə kömək edəcəyəm” dedi. Şəhidimizi birgə aparanda çox yoruldum və oturmaq istəyəndə yanımdakı döyüş yoldaşımı vurdular. Bu anda sözün həqiqi mənasında havalandım. Qışqırdım ki, heç olmasa sən ölmə. Yarasını sarıdım ona səngərə saldım, sonra da şəhidimizin nəşini təxliyə etdim.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə A.Abbasov “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şücaətə görə”, “Cəsur döyüşçü”, Ş.Məmmədov isə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Füzulidə düşmənin əks-hücum cəhdi dəf edilib, ermənilərin meyitləri döyüş meydanında qalıb

    Füzulidə düşmənin əks-hücum cəhdi dəf edilib, ...

    29-09-2020, 13:08

  • 
  • Azərbaycan və Ermənistan xüsusi təyinatlılarının fərqi - Möhtəşəm VİDEO fakt

    Azərbaycan və Ermənistan xüsusi təyinatlılarının ...

    27-04-2016, 13:26

  • 
  • Vətən müharibəsində əvəzolunmaz rolu olan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri: Yaradılmasından 22 il ötür

    Vətən müharibəsində əvəzolunmaz rolu olan ...

    30-04-2021, 11:08

  • 
  • Hikmət Hacıyev: "Ermənistan silahlı qüvvələrinin hərbi-sursat anbarlarına ciddi zərbələr vurulub"

    Hikmət Hacıyev: "Ermənistan silahlı ...

    2-10-2020, 14:48

  • 
  • Müdafiə Nazirliyi: Təmas xətti boyunca atəşkəs pozuldu

    Müdafiə Nazirliyi: Təmas xətti boyunca atəşkəs ...

    27-01-2020, 10:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (363)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu