Gundemxeber.az » Ölkə » Bölgə » Azərbaycanın ən kasıb 8 rayonu məlum oldu – Siyahı
Gələn ilin dövlət büdcəsindən regionlara ayrılan dotasiyalar kəskin şəkildə azalacaq.
Hesablama Palatası tərəfindən açıqlanan məlumatda bildirir ki, bu ilin proqnoz göstəricilərilə müqayisədə gələn ilin dövlət büdcəsi layihəsində mərkəzləşdirilmiş xərclərdən rayonlara ayrılan vəsait 3,2 dəfə azalaraq 39,9 milyon manatdan 12,3 milyon manata düşəcək. Dotasiya alan rayonların sayı isə 14-dən 8-ə enəcək.
Onu da qeyd edək ki, 4 il əvvəl mətkəzi büdcəsdən dotasiya alan rayonların sayı 29 olub.
Yerli gəlirləri xərclərini qarşılamadığı üçün 2023-cü ilin dövlət büdcəsindən aşağıdakı rayonlara vəsait ayrılacaq:
Cəbrail – 1 521 000 manat
Kəlbəcər – 2 347 000 manat
Laçın – 1 797 000 manat
Lerik – 1 161 000 manat
Xocalı – 1 168 000 manat
Xocavənd – 1 367 000 manat
Yardımlı – 2184 000 manat
Zəngilan – 761 000 manat
Gundemxeber.Az
27-11-2013, 02:13
4-02-2014, 21:19
24-03-2015, 12:36
8-01-2016, 12:42
7-09-2015, 17:19
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?