GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Dilçilik İnstitutunda ABSURD MÜZAKİRƏ kimlərin sifarişidir? – Sabiq direktor danışdı

Dilçilik İnstitutunda ABSURD MÜZAKİRƏ kimlərin sifarişidir? – Sabiq direktor danışdı

Tarix: 23-11-2022, 12:48 Bölmə :Bölgə / Manşet Baxış: 284

Ötən gün Nəsimi adına Dilçilik İnstitutundakı müzakirələr sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Ölkənin sanballı elm adamlarının, dilçilərinin və ictimai fikirin öndə gedən isimlərinin saatlarla davam edən absurd müzakirələri ciddi şəkildə qınanılıb.

Aparıcı elm xadimlərinin saatlarla “dovşan” sözünün “doşan”, yoxsa “dofşan” formasında yazılması ilə bağlı müzakirələr sosial şəbəkənin aktiv iştirakçıları tərəfindən tənqid edilib.

Sosial şəbəkə istifadəçilərinin ünvanladığı cavabsız suallar isə doğrudan da düşündürücüdür: Doğrudanmı, institutun ümdə problemi “dovşan”ın “doşan” yazılmasıdır? Dilçilik İnstitutunun başqa müzakirə ediləsi problemi yoxdurmu? Samballı adamların absurd problemləri əsas müzakirə mövzusu etməsinin arxasında nələr və ya kimlər dayanır?

Sosial şəbəkə istifadəçilərinin məsələ ilə bağlı suallarını Nəsimi adına Dilçilik İnstitununun keçmiş direktoru Möhsün Nağısoyluya ünvanladıq.

Gundemxeber.az-ın məlumatına görə, sabiq direktor Publika.az-a açıqlamasında bildirdi ki, ötən gün adıçəkilən qurumda müzakirə olunan absurd məsələlər Nazirlər Kabineti tərəfindən təsdiq olunub:

“Hətta Prezident Administrasiyasında da müzakirələrdən keçib. 2021-ci ildə də təsdiq olunub. Digər tərəfdən, həmin sözlərin yazılışı ilə bağlı müzakirələr bir adamın istəyi, iradəsi ilə baş tutmayıb. Həmin sözlərin necə yazılması ilə bağlı müzakirələrdə institutun bütün əməkdaşları iştirak etmişdi.

Terminologiya Komissiyasının əməkdaşları, ADPU-dan Buludxan Xəlilov, Mətbuat Şurasının nümayəndələri yekdil qərara gəlmişdilər ki, sözlərin yazılışı ilə deyilişi arasında kəskin fərq olmasın.

Dünyanın bir çox ölkələrində bu, belədir. Məsələn, qardaş Türkiyədə söz yazıldığı kimi də tələffüz edilir. Eyni zamanda, bu məsələ çaşqınlıq yaradırdı. Tutaq ki, “dovşan”ı “doşan” yazırdılar, amma “ovçu”nu olduğu kimi göstərirdilər. “Dövlət”i necə “dölət” kimi deyəsən, axı bu, gülünc görünür?! Axırda qərara gəldik ki, həmin sözlər yazıldığı kimi tələffüz olunsun. İndiki müzakirələrlə bağlı nə deyəcəyimi bilmirəm. Bir vətəndaş, ziyalı kimi düşünürəm ki, dilçiliyin problemləri çoxdur. İndi bu cür müzakirələr də olur, nə deyim?!”

“Doğrudanmı institutun köklü problemi yoxdur, bəsit və absurd mövzulara saatlarla vaxt ayrılır?” – sualına keçmiş direktorun cavabı birmənalı olub:

“Bu məsələnin üzərinə jurnalistlər getməlidir, sizlər bu barədə yazmalısınız. Azərbaycanın bu sahədə çox məşhur alimləri olub. Əziz Əfəndizadənin doktorluq işi də bu sahə ilə bağlıdır. Azərbaycanın ən böyük alimlərindən Əbdüləzəl Dəmirçizadənin, Məmmədağa Şirəliyevin bu barədəki fikirlərinə əsaslanmışıq. Biz həmin lüğətdəki formaları ixtira edib yazmamışıq. Onları hazırlayıb Prezident Administrasiyasına, Nazirlər Kabinetinə müəyyən müzakirələrdən sonra təqdim etmişik. Ola bilsin ki, sonuncu müzakirələr də bəzi adamların istəyi, sifarişi ilə keçirilib. Şəxsən belə düşünürəm. Bu, kimlərinsə sifarişi ilə baş tutan müzakirədir”. 


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AMEA-da dörd professor vəzifəsindən çıxarıldı.

    AMEA-da dörd professor vəzifəsindən çıxarıldı. ...

    16-11-2013, 23:26

  • 
  • Biabırçı səhvlərlə dolu orfoqrafiya lüğəti yenidən işlənəcək

    Biabırçı səhvlərlə dolu orfoqrafiya lüğəti ...

    19-10-2015, 16:51

  • 
  • Azərbaycanda teleaparacılar  tənqid edildi

    Azərbaycanda teleaparacılar tənqid edildi ...

    4-07-2013, 16:54

  • 
  • AMEA-da 2 milyonluq yeyinti – Tofiq Hacıyev olayının şok gizlinləri...

    AMEA-da 2 milyonluq yeyinti – Tofiq Hacıyev ...

    28-09-2015, 21:59

  • 
  • AMEA-da daha bir dəyişiklik: Fəxrəddin Veysəlli getdi

    AMEA-da daha bir dəyişiklik: Fəxrəddin Veysəlli ...

    24-12-2013, 11:17


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu