Bir vaxtlar qədim Gəncə şəhəri Elmar Vəliyevin rəhbərliyi altında, "altı təzək üstü bəzək' prinsipi ilə xarabaxanaya çevrilmişdi.
Sevdiyimiz və uzaqdan həsrətlə baxdığımız bir şəhərdir Gəncə. Mütləq gedilməli, görülməlidir deyə düşünürdük. Zaman-zaman şəhərin məmur özbaşınalığı nəticəsində məhv olmasına pis olurduq, amma sonralar fikrimizi dəyişdik. Çünki, şəhərin gözəlliyini və cazibədarlığını özünə qaytaran bir şəxs gəldi Gəncəyə. Məhz bundan sonra, şəhərdə abadlıq-quruculuq işlərinə start verildi.
Beləliklə, Gəncədə “Abad məhəllə”lərin yaradılması istiqamətində işlərə başlanıldı.
Gəncə şəhərində çoxmənzilli yaşayış binalarının həyətlərində abadlıq işlərinə başlanılıb. “Abad məhəllə” layihəsi çərçivəsində görülən işlər hazırda şəhərin Gülüstan yaşayış massivində aparılır. Burada olan yaşayış binalarının həyətlərində ağır texnikalar vasitəsilə səliqə-səhman yaradılır, yeni səki daşları quraşdırılır. Görülən işlərin davamı olaraq, ərazidə işıq dirəkləri quraşdırılacaq, asfalt örtüyü salınacaq. Bununla yanaşı, ərazi yaşıllaşdırılaraq, dekorativ ağaclar və gül kolları əkiləcək.
Həyata keçirilən təmir, bərpa və abadlıq işlərindən sonra sakinlərin istirahəti üçün də müvafiq şərait yaradılacaq. Belə ki, abadlaşdırılan məhəllələrdə söhbətgahlar, oturacaqlar, böyüklər üçün idman qurğuları yerləşdiriləcək, uşaq meydançaları düzəldiləcək, məişət tullantılarının atılması üçün yeni konteynerlər düzüləcək.
Gülüstan yaşayış massivindən sonra işlər şəhərin digər ərazilərərində davam etdiriləcək. İlk mərhələdə Gəncənin 1-ci mikrorayon ərazisində, Atatürk, Heydər Əliyev və Nizami Gəncəvi prospektlərində, həmçinin Həsən Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binalarının həyətlərində aparılacaq.
“Abad məhəllə” layihəsi çərçivəsində analoji işlər mərhələli şəkildə Gəncə şəhərinin bütün ərazilərində həyata keçiriləcək.
İnsanların rahatlığı üçün görülməli olan işlər, gərək insanın içindən gələ. Hazırki icra başçısı Niyazi Bayramov Gəncə sakinləri üçün uğurlu rəhbər oldu. Əlbətdə ki, Niyazi müəllimin Gəncə şəhərinə rəhbər gəldikdən sonra, sabitlik, abadlıq və şəhər sakinləri ilə səmimi münasibətləri görməmək olmur.
Bizə isə görülən işlərə görə uğurlar diləmək qalır. Odur ki, uğur olsun, deyirik!
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?