GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Naxçıvanın NƏCƏFLİ GÜNLƏRİ... - Bundan sonra NƏ OLACAQ?

Naxçıvanın NƏCƏFLİ GÜNLƏRİ... - Bundan sonra NƏ OLACAQ?

Tarix: 24-12-2022, 12:15 Bölmə :Bölgə Baxış: 325


Naxçıvanın NƏCƏFLİ GÜNLƏRİ...

Dekabrın 22-də Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında fərman imzalayıb. Fərmana əsasən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilir.

"Səlahiyyətli nümayəndəlik haqqında Əsasnamə" də təsdiq edilib. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin bir neçə səlahiyyəti ləğv edilib. Belə ki, bununla bağlı İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Eyni gündə Prezidentin sərəncamı ilə Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

Fuad Nəcəfli Naxçıvanın Şahbuz rayonu, Kolanı kəndindəndir. Sumqayıt Texnologiyalar Parkının Müşahidə Şurasının üzvlərindən biri, həmçinin də “PAŞA Holdinq” MMC-nin əməkdaşı olub. Dekabrın 22-də İlham Əliyev Fuad Nəcəflini qəbul edib, ona müvafiq tapşırıqlarını verib. O sırada tapşırıq verib ki, səlahiyyətli nümayəndə kimi Fuad Nəcəfli insanların qayğısına qalınması, korrupsiya, rüşvətxorluqla mübarizə, şəffaflıq, düzgün kadr siyasətinin həyata keçirilməsi, mərkəzi icra orqanları ilə sıx təmasda fəaliyyətlə bağlı bütün səylərini göstərsin.

Dövlət başçısının Naxçıvanla bağlı verdiyi bütün bu qərarlar sözsüz ki, tarixi önəm daşıyır və ən əvvəl özünəməxsus coğrafiyada yerləşən “kiçik torpaq”da idarəçiliyin, iqtisadi fəaliyyətin daha şəffaf olmasına, korrupsiyanın minimuma endirilməsinə yönəlib. Bu hədəflərə nə dərəcədə nail olunacaq?

Yeri gəlmişkən, Fuad Nəcəfli artıq iş başındadır. Bu barədə musavat.com-a Naxçıvandakı mənbələr məlumat verib. Həmçinin Prezident Administrasiyasının rəhbər şəxsləri Naxçıvandadır.

GUNDEMXEBER.AZ -ın məlumatına görə, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Prezident tərəfindən Naxçıvana səlahiyyətli nümayəndə təyinatını alqışlayır.

Onun sözlərinə görə, uzun illər baş alıb gedən inhisarçılıq, korrupsiya, özbaşınlıqlara bundan sonra son qoyulacağına ümid edir: “Təsadüfi deyil ki, Naxçıvanda boya-başa çatmış şəxs səlahiyyətli nümayəndə təyin olunur. İlk növbədə onların xarakterini, istək və arzularını bilir, dərk edir, bu mənada insanlarla işləmək yeni nümayəndə üçün asan olacaq. Eyni zamanda, istək olan yerdə hədəflərə çatmaq da mümkündür. Əgər prezident neqativ halların aradan qaldırılması üçün addım atırsa, deməli, Naxçıvanda hədəflərə çatılacaq. İnanıram ki, yeni nümayəndə etimadı doğruldacaq. Ümidvaram ki, Naxçıvanda baş verənlərdən digər bölgələrdə məmurlar dərs götürəcək. Vəzifə insanları alçaltmaq, kölə kimi işlətmək üçün deyil, xalqa xidmət etmək lazımdır”.

Deputat Vahid Əhmədovun sözlərinə görə, hazırda bizim 14 iqtisadi rayonumuz var, biri də olsun Naxçıvan iqtisadi rayonu və beləcə say 15-ə çatdırılsın: “15 iqtisadi rayona Prezidentin 15 xüsusi nümayəndəsi rəhbərlik etsin. Məncə, bunu etmək lazımdır. Hiss edirəm ki, buna hazırlıq çoxdan gedirdi. Fikir vermisinizsə, rayonlarda müəyyən idarələr ləğv edildi, əvəzində regional qurumlar quruldu. Bunların hamısı dediyim işlərə bir növ hazırlıqdır”.

İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, Naxçıvan Muxtar Respublikasının statusu ilə bağlı məsələnin müzakirəsində bəziləri tez-tez müxtəlif beynəlxalq sənədlərə, Qars müqaviləsinə, Moskva sənədinə istinad edirlər: “Tamamilə məntiqsiz yanaşmadır, hüquqi əsası yoxdur və bu, Azərbaycan Respublikasının Konstitusiyasında aydın şəkildə yazılıb. Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin 2-ci bəndi: Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir. Açıq-aydın yazılıb ki, Naxçıvanın statusu ölkə Konstitusiyası ilə müəyyən olunur, deməli Ana Yasanın referendumla dəyişdirilməsi baş verəcəksə, yeni redaksiyada da Naxçıvanın statusu müəyyən edilə bilər və buna heç bir beynəlxalq sənədlər mane ola bilməz”.

N.Cəfərlinin sözlərinə görə, artıq illərdir bu haqda yazırıq: “Ölkənin gələcək inkişafı, idarəetmənin təkmilləşdirilməsi və iqtisadi-sosial problemlərin, hətta Xankəndi məsələsinin həlli üçün məmləkətdə yeni Konstitusiyası qəbul edilməli, unitar dövlət olan Azərbaycanda Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan da daxil olmaqla, 14 inzibati ərazi vahidi yaradılmalı (indiki 14 iqtisadi rayonlara uyğun şəkildə), yerli özünüidarə gücləndirilməli və Mer institutları təsis edilməlidir. Hakimiyyətin qolları arasında səlahiyyət və məsuliyyət bölgüsü klassik idarəetmə fəlsəfəsinə görə müəyyənləşdirilməlidir - gecikmədən bu addımların atılması vacibdir”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda yeni dövlət qurumu yaradıldı

    Azərbaycanda yeni dövlət qurumu yaradıldı ...

    15-02-2018, 10:30

  • 
  • Prezident İnam Kərimovu onunla əvəzlədi - Fərman

    Prezident İnam Kərimovu onunla əvəzlədi - Fərman ...

    13-09-2018, 15:50

  • 
  • Vasif Talıbov müavinini işdən çıxardı

    Vasif Talıbov müavinini işdən çıxardı ...

    16-11-2017, 15:10

  • 
  • İlham Əliyev İnam Kərimovu vəzifəsindən azad etdi - FƏRMAN

    İlham Əliyev İnam Kərimovu vəzifəsindən azad etdi ...

    13-09-2018, 14:00

  • 
  • Vasif Talıbov da parlamenti buraxdı

    Vasif Talıbov da parlamenti buraxdı ...

    9-12-2019, 17:17


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (374)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu