GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » 3-cü QARABAĞ SAVAŞI: Nə qədər realdır? - Ekspert danışır

3-cü QARABAĞ SAVAŞI: Nə qədər realdır? - Ekspert danışır

Tarix: 6-02-2023, 16:20 Bölmə :Bölgə Baxış: 197

3-cü QARABAĞ SAVAŞI: Nə qədər realdır?

Bu həftə Beynəlxalq Böhran Qrupu hesabat yayaraq bildirib ki, Azərbaycan və Ermənistan bir-biri ilə üçüncü müharibəni başlamağa çox yaxındırlar.

Böhran Qrupu niyə belə hesab edir və bu dəfə müharibə hansı ərazilərdə ola bilər? BBC News Azərbaycanca hesabatın həmmüəllifi Zaur Şiriyevlə danışıb.
- Beynəlxalq Böhran Qrupunun sizin də həmmüəllifi olduğunuz yeni hesabatında deyilir kii, Azərbaycan və Ermənistan yeni müharibənin astanasındadır. Hesabatı oxumayanlar üçün qısaca deyə bilərsinizmi - niyə və bu dəfə müharibə harada olacaq.
-Bizim "İzlənməli 10 münaqişə" hesabatımız çıxmışdı və ondan əlavə də Beynəlxalq Böhran Qrupunun ən son Azərbaycan-Ermənistan sərhədlərində baş verən hadisələrlə bağlı məruzəsi var. Hər iki məruzədə də yeni müharibə riskinin böyük olduğu bildirilir.

Bunu qeyd edərkən, müharibənin baş verəcəyi birbaşa qeyd olunmasa da, stimullaşdırıcı amillərin çoxluğu diqqətə çatdırılır.

Bunun səbəbləri ilk danışıqlarda yaranmış axsaqlıq və danışıqların istənilən formada getməməsi, xüsusilə 2022-ci ildə istər Bakı, istərsə də Yerevanın sülh müqaviləsinin imzalanması ilə bağlı rəhbər şəxslər tərəfindən səsləndirilən fikirlərin reallaşmaması və eyni zamanda geosiyasi dəyişikliklər - regionda baş verən və Rusiyanın Ukraynadakı işğalı və ən son isə Azərbaycanın hərbi gücünün artmasındadır.

Və artıq qeyd olunur ki, Azərbaycan uğursuz danışıqların davam etdirilməsində maraqlı deyil və bu da onu yeni müharibəyə sövq edə bilər. Eyni zamanda mühüm məqamlardan biri də odur ki, Beynəlxalq Böhran Qrupunun məruzələrinin heç birində müharibənin baş verəcəyi proqnozlaşdırılmır.

Sadəcə, müharibəni stimullaşdıran amillərin çox olduğu və müharibə ehtimalının daha böyük olduğu diqqətə çatdırılır. Yəni, bu ikisinin arasındakı fərq bəzən Azərbaycan mətbuatı və ya izləyicilər tərəfindən tam diqqətə alınmır.

- Hesabatda qeyd olunur ki, sərhədə Avropa İttifaqının monitorinq missiyasının gətirilməsi yaxşı xəbərdir. Və hətta sabitlik üçün artıq bütün ümidlər bu missiyayadır. Ancaq bu missiyaya Azərbaycan hökuməti isti baxmır - ən azı, bundan öncəki missiyaya isti baxmırdı. Ordusunu İkinci Qarabağ müharibəsindən sonra daha da gücləndirmiş Azərbaycan yenidən hücum etmək qərarına gəlsə, bu hərbi olmayan missiya onun qarşısını necə ala bilər?

- Birincisi, qeyd edək ki, qısamüddətli missiyanın 2022-ci ildəki əsas məqsədi həmin dövrdə Azərbaycan və Ermənistan prezidentləri tərəfindən oktyabr ayında Praqada razılaşdırılmışdı.

Əsas məsələ o idi ki, beynəlxalq sərhədlərdə yeni toqquşma olmayacaq. Xüsusilə sentyabr ayındakı toqquşmalardan sonra bu, sülh prosesinə öz mənfi təsirini göstərmişdi. Yəni, [missiyanın] əsas alt məqsədi, qabardılmayan məqsədi o idi ki, yeni müharibənin baş verməsinin qarşısı alınsın.

Bilirsiniz ki, hətta 2022-ci ilin sentyabr ayından əvvəl, 2020-ci il müharibəsindən sonra Azərbaycanda, xüsusilə Kəlbəcər istiqamətində Ermənistan tərəf ən şiddətli toqquşmaların olduğu bölgədir və daimi olaraq, orada gərginlik var. Məqsəd o dövrdə bu idi.

Uzunmüddətli missiyanın da müsbət tərəflərini qeyd edərkən, bu, yenə də beynəlxalq sərhədlərdə müharibənin baş verməməsi və tərəflərin bu stabillikdən sərhədlərin delimitasiyası və demarkasiyası prosesində istifadə etməsindən irəli gəlir.

Eyni zamanda bunu da nəzərə alaq ki, Avropa İttifaqının da məqsədlərindən biri həm sülh prosesini aparmaqdır, həm də stabilliyi saxlamaqdır. Burada narahatlıq ondan ibarətdir ki, yeni müharibə olsa, bu, Ermənistanda siyasi təlatümə və siyasi çaxnaşmalara və hakimiyyətin böyük zərbə görməsinə səbəb ola bilər. Yəni, siyasi sabitlik və təhlükəsizliyin artırılması məsələsində bu, [missiya] müsbət amildir.

Qeyd edək ki, bu il yanvarın 23-də yeni missiyanın texniki detalları elan olunmayıb. Bunun tək səbəbi var ki, hələ də Avropa İttifaqı Azərbaycanla danışıqlar aparır. Çünki birinci təhlükəsizliyi təmin etmək istəyirlər.

Ora göndəriləcək missiyanın tərkibində olan Avropa İttifaqının üzv dövlətləri də orada təhlükəsizliyin təmin olunmasında maraqlıdırlar. Orada Azərbaycanla danışıqlar olmasa, kommunikasiya xətti qurulmasa, bu, onların göndərəcəkləri insanların təhlükəsizliyinə mənfi təsir göstərə bilər və onlar da belə bir riski almaq istəmirlər. Birinci səbəb budur.

İkinci səbəb odur ki, bunun həqiqətən effekti olması üçün başa düşürlər ki, yalnız Ermənistanda olmaqla, Ermənistanda yerləşməklə və Ermənistanla kommunikasiya qurmaqla bu missiyanın sülh prosesinə müsbət təsiri olmayacaq. Ona görə burada Azərbaycan tərəfi ilə kommunikasiyanın yaradılması vacibdir. Ən sonda çalışırlar ki, Avropa İttifaqı Azərbaycanın qarşısındaymış kimi görsənməsin.

Çünki əgər təktərəfli olsa və Azərbaycan onunla əməkdaşlıq etməsə, onda belə bir imic yaranacaq ki, Avropa İttifaqı sərhədlərdə Azərbaycana qarşıdır.

Ermənistanda məsələyə necə baxırlar? Ermənistan tərəfində bunun deterant faktor olduğunu düşünürlər - hər hansı bir hücumun qarşısını ala biləcəyini düşünürlər. Ən azından beynəlxalq sərhədlərdə yeni müharibənin olmayacağını düşünürlər.

Bizim məruzədə yeni müharibə deyərkən, beynəlxalq sərhədlərdən daha çox, hazırda rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində, ermənilərin yaşadığı Dağlıq Qarabağ ərazisindəki region nəzərdə tutulur.

- Hesabatda qeyd olunur ki, Azərbaycan ordusunun gedərək daha da güclənməsi, sülh prosesinin irəli getməməsi Azərbaycanı hərbə addım atmağa vadar edə bilər, yəni belə bir risk var. İranla münasibətlərin çox gərginləşdiyi bir zamanda müharibəyə başlayarsa, Azərbaycan üçün yeni bir cəbhə açıla bilərmi?

- Əslində, belə deyim də, məruzədə müharibə riskləri də qeyd olunur, yəni asan müharibə olmayacağı... müharibənin sülh prosesinə destruktiv təsiri olacağı xüsusilə qeyd olunur. Yəni müharibə olarsa, bu, sülh prosesini tamamilə aradan qaldıracaq və eyni zamanda sülh müqaviləsi üzrə danışıqların tamamilə dayandırılması ilə nəticələnəcək.

Onsuz da ötən ilin sentyabrından etibarən, danışıqlarda durğunluq müşahidə olunur və durğunluğun səbəblərindən biri də hərbi gərginlikdir. Amma tək səbəb o deyil...

Və sizin sualınıza gəlincə, regionda ikinci cəbhənin açılması məsələsinə, təbii ki, elə bir risklər mövcuddur, amma bu riskləri nəzərə alacaq tərəf Azərbaycan tərəfidir. Bu risk məruzədə qeyd olunmasa da, təbii ki, regiondakı gərginliyin buna səbəb olacağı göstərilir.

Amma, xüsusi olaraq, bəlkə də alt məna olaraq, qeyd olunur ki, Ukraynada müharibənin davam etdirilməsi və mümkün yeni cəbhə məğlubiyyətləri də burada yeni müharibə riskini artıra bilər.

- Mən hesabatda Ruben Vardanyan haqqında heç nə görmədim. Hesabatda qeyd edirsiniz ki, tərəflər ötən il sülhə yaxın olsalar da, 2022-ci ilin sonlarından bu prosess dayanıb. Sizcə, Vardanyanın gəlişi bu prosesin dayanmasının səbəblərindən biri deyilmi? Hesabatda Vardanyan məsələsinə toxunmağı niyə vacib bilməmisiniz? Sizcə, sülhdən uzaqlaşmaqda Vardanyan faktoru rol oynamırmı?

- Həmin məruzə Azərbaycan-Ermənistan məsələsi ilə bağlı idi, xüsusilə Qarabağdakı gərginliklə birbaşa bağlı idi. Qarabağda gərginliklə bağlı Avropa İttifaqında bir tövsiyə sənədi qəbul olundu. Tövsiyə sənədində “Avropa İttifaqı daha nə edə bilər” sualı əsasında bir məruzə hazırlanıb. Orada Qarabağla bağlı hissələr də yer alıb.

- Bəli, orda Azərbaycan hökumətinin Qarabağın defakto hakimiyyəti ilə danışıqlara gedə biləcəyinə işarə vurulub. Sizin Qərb diplomatları ilə müsahibələrinizdən belə anlaşılır...

- Həm Avropa İttifaqı, həm də ABŞ ötən ilin sentyabr ayından sonra Azərbaycanın Qarabağ erməniləri ilə danışıqlar aparmasını və bu danışıqların bir formatda aparılmasının vacibliyini vurğulayırlar. Belə olarsa, Ermənistan hakimiyyətinin Qarabağ yükünü atmasının daha asan olacağı və sülh müqaviləsinin imzalanacağı fikri formalaşıb. Yəni, bu, Qərbdə təmərküzləşmiş bir fikirdir artıq.
Ruben Vardanyan faktoruna niyə görə toxunulmur? Çünki burada obyektiv olaraq, yəni Azərbaycan tərəfinin məsələ ilə bağlı narazılıqları aydındır, amma bu, əsas faktor olaraq, tərəfimizdən qiymətləndirilməyib hələ ki.
Yəni bunun əsas faktor olub-olmadığına şübhə ilə yanaşmırıq, amma əsas faktor olaraq qiymətləndirilməyib. Çünki, belə deyək, 2022-ci ildən sonra hazırda Qarabağda de-fakto hakimiyyətdə olan şəxslərin bir çoxu Azərbaycanda müharibə cinayətində günahlandırılırdı və onlara [cinayət] işi açılıbdı.
Buna baxmayaraq, Azərbaycan tərəfi, ölkə prezidenti tərəfindən vurğulanıb ki, Qarabağ erməniləri ilə danışıqlar aparılır. Yəni bu danışıqlar aparılan şəxslərin bir çoxu, belə deyim də, müharibə cinayətlərində yer alıblar. Yəni, əslində, bu faktor özü çəkindirici faktor ola bilərdi.
Amma Ruben Vardanyan faktorunun, məncə, Azərbaycan tərəfindən qabardılmasınin bir səbəbi Rusiyanın danışıqlar prosesini pozmasına cəhdi kimi göstərilir.
Bu, xüsusilə, oktyabr ayından [bəri] daha [aydın] görünür, çünki oktyabr ayında Praqada Azərbaycan və Ermənistan bir-birinin sərhədlərini tanıdıqlarını elan etdilər. Yəni, ilk dəfə idi ki, belə bir sənəd imzalanırdı. Və sonra Rusiya oktyabr ayının sonunda tərəflərlə görüşdü və Azərbaycan Rusiyanın sülh müqaviləsi ilə bağlı Qarabağın statusunu gələcəyə saxlamaq təklifinə və təkidinə qarşı çıxdı.
Ona görə, bu, bir az, məncə, daha çox Ruben Vardanyanla bağlı deyil. Burada Azərbaycanla Rusiya arasında olan məsələnin üzə çıxışıdır. Yəni, Ruben Vardanyan, sadəcə olaraq, bir fiqur rolunu oynaya bilər
- Zaur bəy, belə bir fikirlər də var ki, hər hansı əməliyyata başlarsa, Azərbaycan ordusu həm də Xankəndiyə girə bilər. Bunu gözləyirsinizmi, ola bilərmi?
- Əslinə qalsa, rus sülhməramlı qüvvələrinin mövcudluğu ora Azərbaycanın birbaşa hərbi müdaxilə edə biləcəyi ehtimalını azaldır. Burada bir neçə faktor var. Birinci faktor, bilrisiniz də, 2020-ci il müharibəsində də bu, olduqca həssas yanaşılan bir məsələ idi.
Azərbaycan beynəlxalq aləmdə etnik təmizləmədə günahlandırılmaq istəmir, bu məsələ olduqca həssasdır və siyasəti də bunun üzərində qurur və bu məsələyə xüsusi diqqət yetirilir.
Bu, birinci faktor olaraq, Xankəndi və ya ermənilərin yaşadığı hər hansı əraziyə hərbi müdaxilə belə günahlandırılma ilə beynəlxalq təzyiqlə üzləşə bilər. Və bu, çəkindirici faktor ola bilər.
İkinci məsələ isə, sülhməramlıların orada olmasıdır. Təbii ki, orada sülhməramlıların siyasi statusu var. Yəni siyasi olaraq, Azərbaycan və Ermənistan tərəfi onlara mandat verib.
Amma heç bir texniki mandatı yoxdur. Onların tək bir mandatı var ki, onlar yalnız özlərini qoruya bilərlər. Və orada, təbii ki, rus sülhməramlıları və Azərbaycan Silahlı Qüvvələri arasında hərbi toqquşmanın olması ehtimalı aşağıdır. Rus sülhməramlılarının olduğu müddətdə orada hərbi əməliyyatın olması çox da real görsənmir.
Bilirsiniz, Rusiyanın Ukrayna müharibəsindən əvvəl,sülhməramlıların 2025-ci ildə hazırda yerləşdiyi ərazidən çıxa biləcəkləri ehtimalı az görünürdü. Azərbaycan siyasi rəhbərliyi tərəfindən bu, açıq ifadə olunmurdu.
Amma indi daha real görünür və Azərbaycan rəhbərliyi bunu daha [aydın] ifadə edir. Ola bilsin ki, Rusiyanın Ukraynada məğlubiyyəti bu prosesi vaxtından əvvələ çəkə bilər. Belə olan halda dediyiniz ssenari reallaşa bilər.
Təbii ki, belə bir ehtimal da var və bu, Beynəlxalq Böhran Qrupunun məruzəsində də yer alıb ki, əgər rus sülhməramlıları oradan gedərlərsə, ermənilər də təhlükəsizlik qarantı olmadığını düşünərək, kütləvi şəkildə oranı tərk edəcəklər.
Yəni, ona görə də oranın hərbi müdaxilə ilə geri alınması məsələsindən daha çox, bu prosesin fərqli formada baş vermə ehtimalı daha böyükdür. //BBC Azərbaycanca//

 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Beynəlxalq Böhran Qrupu Qarabağda “qəfil və ciddi” toqquşmalar qeydə alıb

    Beynəlxalq Böhran Qrupu Qarabağda “qəfil və ...

    2-02-2014, 00:18

  • 
  • “Görək o divan generallarının uşaqlarını cəbhəyə aparsalar yenə hücumdan danışacaqlarmı...”

    “Görək o divan generallarının uşaqlarını cəbhəyə ...

    9-07-2017, 11:37

  • 
  • Neft yenə niyə ucuzlaşır? - Yeni böhran gözlənilir

    Neft yenə niyə ucuzlaşır? - Yeni böhran gözlənilir ...

    8-09-2020, 11:47

  • 
  • Tonoyan getdi: ermənilər yeni müharibə istəyir? - Korotçenko

    Tonoyan getdi: ermənilər yeni müharibə istəyir? - ...

    21-11-2020, 15:40

  • 
  • Prezident Administrasiyası rəsmisi: “Müharibə istisna deyil”

    Prezident Administrasiyası rəsmisi: “Müharibə ...

    27-01-2014, 16:36


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (385)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu