Gundemxeber.az » Ölkə » Bölgə » Tərtərdə silahlı insident: otlaq sahəsində 49 yaşlı kişi öldürüldü (Yenilənib)
Aprelin 27-də saat 15 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində üzərində xəsarət izləri olan meyitin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
GUNDEMXEBER.AZ Prokurorluğa istinadla xəbər evrir ki, ilkin araşdırma zamanı Tərtər rayonunun Söylən kənd sakini 1984-cü il təvəllüdlü Qaryağdı Allahverdiyevin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam edir.
***
Tərtərdə kişi ov tüfəngi iləöldürülüb.
GUNDEMXEBER.AZ Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, aprelin 27-də saat 15 radələrində Tərtər rayonu Həsənqaya kəndi ərazisində üzərində xəsarət izləri olan meyit olması barədə polisə məlumat daxil olub.
İkin məlumata görə, kəndin otlaq sahəsində 40-50 yaşlarında olan kişi ov tüfəngi ilə qətlə yetirilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.
GUNDEMXEBER.AZ
3-07-2020, 10:11
23-07-2021, 11:34
15-02-2021, 11:27
11-11-2020, 10:43
2-11-2020, 13:38
Sorğu
Yeni dizaynımız necədir?