Gundemxeber.az » Ölkə » Bölgə » Naxçıvanda DAHA BİR NAZİR işdən çıxarıldı - Nazirlə bərabər...
Naxçıvanın ekologiya və təbii sərvətlər naziri Mayis Əliyev və müavini Bədəl Həsənov vəzifələrindən azad olunub. Gundemxeber.az bildirir ki, bu haqda sərəncamı Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov imzalayıb.
Onun digər sərəncamı ilə Xanlar Mustafayev bu nazirliyə müavin təyin edilib. O, müvəqqəti olaraq nazir vəzifələrini də icra edəcək.
Prezidentinin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Naxçıvan yeni müavini kollektivə təqdim ediblər.
1992-ci ildə doğulmuş X.Mustafayev bu təyinatadək Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdnindəki Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini postunu tutub.
Gundemxeber.az
9-06-2018, 11:38
16-11-2017, 15:10
12-04-2023, 15:25
27-06-2018, 19:31
20-08-2015, 21:45
Sorğu
Yeni dizaynımız necədir?