Gundemxeber.az » Ölkə » Bölgə » Yeni Massivin yol problemi – “Görünən kənd”
Redaksiyamıza Abşeron rayonu, Məmmədli kəndi, Yeni Massiv deyilən ərazidən şikayət dolu bir məktub daxil olub. Çox uzatmadan mövzuya keçirik.
Məsələ ondadır ki, Bakı və Bakı ətrafı kənd və qəsəbələrin, eyni zamanda Abşeron yollarının asfaltlanması üçün xüsusi göstəriş var. Bu göstəriş isə şəxsən Prezident Administrasiyasından və hörmətli Birinci vitse-prezidentdədir.
Sözdə bu asfaltdan Yeni Massivə də “pay düşür”. Amma…
Sakinlər tərəfindən aid qurumlara və aid şəxslərə nə qədər müraciətlər olunsa da, bu yaşayış massivini asfaltlamaq haqqında düşünən belə olmayıb. Hər dəfə yağış yağandan sonra isə eyni mənzərə canlanır göz önündə.
Kürdəxanının yapışqanlı, pis iy-qoxulu gil-palçıqlı yolları, üst-başı palçığa bulaşmış sakinlər və sairə. Maraqlıdır ki, ərazidən keçən bütün yollar asfaltlanıb. 150 metr məsafədən Bakı-Kürdəxanı trası keçir.
Bəs, görəsən məmur unutqanlığına nə səbəb olub ki, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olan Məmmədli kəndi belə vəziyyətdə qalıb? Məgər, Məmmədli Bələdiyyəsi, İcra Nümayəndəliyi və ən nəhayət Abşeron rayon İcra Hakimiyyəti vəziyyəti görmür? Bu barədə hökumətə niyə məlumat verilmir?
Uzun-uzadı bu problemdən bəhs etmirik. Redaksiya olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə üzümüzü tuturuq ki, Məmmədlinin Yeni Massivinin yollarını da, başqa yollar kimi asfaltlasınlar. Burada yaşayanlar da insanlardı. Dövlət hər halda bu küçənin də asfaltlanması üçün pul ayırıb.
Bu ögey münasibətin səbəbini tapana kimi, məsələni gündəmdə saxlayacağıq. Ardı var…/arazmedia.az
15-11-2017, 00:22
15-03-2018, 16:02
14-11-2017, 15:45
11-11-2014, 00:40
28-08-2018, 20:17
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?