Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) növbəti avtomobil karvanı “Laçın” sərhəd-buraxılış məntəqəsinə yaxınlaşıb.
Baku TV-nin Laçına ezam olunmuş hərbi müxbiri Fərdin İsazadənin məlumatına görə, onların Xankəndiyə dərman ləvazimatları gətirdiyi güman edilir.
Ətraflı “Laçın” SBM-dən Baku TV-nin süjetində:
10:28
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə “Laçın” sərhəd-buraxılış məntəqəsindən növbəti dəfə erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilir.
Baku TV-nin Laçına ezam olunmuş hərbi müxbiri Fərdin İsazadənin məlumatına görə, BQXK-ya məxsus ümumilikdə səkkiz nəqliyyat vasitəsinin keçid etdiyi bildirilir.
Qeyd olunub ki, nəqliyyat vasitələrinin içərisində 30-a yaxın erməniəsilli şəxs var. Həmin şəxslərin sənədləri yoxlanılır və sərbəst hərəkətləri təmin edilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?