Gundemxeber.az » Ölkə » Bölgə » İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri formalaşdırılıb
İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri formalaşdırılıb.
Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 9-da keçirilən iclasında müzakirə aparılıb.
MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, azad olunmuş ərazilərdə 8 əlavə seçki məntəqəsinin yaradılması qərara alınıb.
“Beləliklə, parlament seçkilərində 34 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək. Azad olunmuş ərazilərdə müvəqqəti seçki məntəqələri də yaradılacaq və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək” - R. Qasımov vurğuayıb.
Xatırladaq ki, 7 fevral prezident seçkiləri çərçivəsində azad edilmiş ərazilərdə 26 daimi, 21 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərmişdi.
Gundemxeber.az
2-04-2018, 09:56
10-03-2018, 16:12
1-04-2021, 21:29
17-02-2020, 17:14
22-02-2020, 14:43
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?