Gundemxeber.az » Ölkə » Bölgə » Göyçay sakinləri Prezidentdən kömək istəyir - MÜRACİƏT
Gundemxeber.az bildirir ki, Göyçay rayon sakinləri Əliyev İlham Lutvik oğlu, Abuşov Emil Zakir oğlu, Ağamalıyev Əli Cəfər oğlu, Babayev Seymur Zəfər oğlu, Bədirov Zamiq Mirdamət oğlu, Bəkirov Zaur Şirxan oğlu, Cəlilov Cavid İsmayıl oğlu, Dadaşov Fərid Səxavət oğlu, Abdullayev Dilqəm Zaman oğlu, Həmidov Yunis Tahir oğlu, Burcalıyev Samir Azər oğlu, Daşdıyev Ramil Emin oğlu, Cəfərov Fikrət Məcnun oğlu və Ələkbərov Ruslan Xanlar oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. “Azərqaz” İstehsalat Biriliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Göyçay Xidmət Sahəsindən qanunsuz olaraq işdən çıxarıldıqlarını bildirən şikayətçilərin məktubunu olduğu kimi dərc edirik:
“Bizi qanunsuz olaraq işdən çıxarıblar, həmçinin son haqq-hesab pulumuzu da az yazıblar. Biz mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə müraciət etmək istəyirik.
Hörmətli Prezident!
Siz Azərbaycan xalqının ümid yeri, dayağısınız. Buna görə xalq Sizi sevir, Sizə güvənir. Siz həmişə Azərbaycan vətəndaşlarına köməklik göstərirsiniz. Buna görə, üzləşdiyimiz çətinliyin aradan qaldırılması üçün Sizə müraciət etməyi qərara aldıq.
Sizə bildiririk ki, biz ailəmizlə birlikdə Göyçay rayonunda yaşayırıq.
2016-cı ildə “DOST” İş Mərkəzi MMC-nin əmək müqaviləsi ilə “Azərqaz” İstehsalat Biriliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Göyçay Xidmət Sahəsində fəhlə vəzifəsinə işə qəbul edilmişik. İşimizdə heç vaxt nöqsana yol verməmişik, verilən tapşırıqları layiqincə yerinə yetirmişik.
Bu ərizəni imza edən 10 nəfərini 10 iyun 2024-cü il tarixdə, 4 nəfəri isə 09 iyul 2024-cü il tarixdə əmək müqaviləsinin müddəti bitdiyi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi ilə işdən azad ediblər. Hansı ki, hər birimiz cavan, əmək qabiliyyətinə tam malik insanlarıq. Nə pensiya yaşında deyilik, nə də alternativ gəlir yerimiz yoxdur. Əksəriyyətimizin banklara kredit borclarımız var, himayəmizdə xəstələrimiz, azyaşlı övladlarımız var. Çox çıxılmaz vəziyyətdə qalmışıq. Bizə məşğulluq alt sistemində işsiz kimi qeydiyyata düşməyi tövsiyə etməklə, işlərini bitmiş hesab edirlər.
Göyçay rayonunun qaz sahəsində bizim işləməyimizə zərurət var idi. İndi isə işsiz qalmışıq ki, buna görə bizim ailəmiz aclıqdan məhv olacaq. Çünki ailəmizdə heç kəs işləmir, himayəmizdə ailə üzvülərimiz var.
Əvvəlcədən heç bir xəbərdarlıq edilmədən, məlumat verilmədən əmək müqaviləmizə qanunsuz xitam verilmişdir. Həmçinin, “DOST” İş Mərkəzi MMC nəyə görə bizimlə yenidən əmək müqaviləsi bağlamamasını qanunla əsaslandırmır ki, bunu bilək. Heç bir qanuni əsaslandırma da yoxdur. Nə baş verdi ki, “DOST” İş Mərkəzi MMC bizimlə əmək müqaviləsi bağlamaq istəmir? Bizi ən çox düşündürən bu sualdır.
Sanki feodal dövrünün nökərləri kimi bizimlə davranıb işimizdən azad ediblər. Həmçinin, bizim son haqq-hesab pulumuz düzgün hesablanmayıb. Çünki biz işlədiyimiz dövrdə məzuniyyətə çıxmamışıq. Son-haqq hesab və əmək haqqı olaraq bizə çox az pul verilib. Bizimlə müqavilə bağlayıb, işimızə bərpa olunmağımıza zərurət ona görə var ki, biz daima işə çıxmışıq, verilən tapşırıqları layiqincə yerinə yetirmişik, işimizdə heç vaxt nöqsana yol verməmişik, işləyib halal maaş almışıq.
Cənab Prezident!
Biz hər zaman ailə üzvlərimizlə birlikdə Prezident seçkilərində Sizə səs vermişik. Bizim yeganə ümid yerimiz Sizsiniz. Buna görə Sizə müraciət etməyi qərara aldıq. İmkan verməyin ki, bizim ailəmiz aclıqdan məhv olsun. İşsiz insan ölümə məkum olunmuş kimidir.
Sizdən xahiş edirik, bizim ailə vəziyyətimizi nəzərə alıb, işlə təmin edilməyimizə, əvvəlki “DOST”İş Mərkəzi MMC-dəki işimizə bərpa olunmağımza köməklik göstərəsiniz”.
Gundemxeber.az
15-12-2018, 17:56
7-08-2013, 22:38
16-08-2018, 14:12
30-12-2015, 23:53
30-11-2021, 18:16
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?