Gundemxeber.az » Ölkə » Bölgə » Beyləqanda keyfiyyətsiz pendir istehsal edən sexi kim himayə edir? - FOTO
Beyləqan rayon Dünyamalılar kəndində sahibkar Vəliyev Zamiq Mülkədar oğluna məxsus pendir istehsal edən sexdən şikayət var.
Gundemxeber.az bildirir ki, AzFakt.com-a göndərilən şikayətdə bildirilir ki, Zamiq Vəliyevin qanunsuz pendir sexində məhsullar antisanitariya şəraitində istehsal edilir. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunsuz fəaliyyət göstərən sexdə araşdırma apararsa, sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunar.
Məlumata görə, Zamiq Vəliyev sexdə istehsal etdiyi pendirin yağlılığını süni şəkildə artırmaq üçün istifadə edilən bitki yağlarında istifadə edir. Bildirilir ki, AQTA işçiləri Zamiq Vəliyevin istehsal etdiyi məhsullardan nümunələr götürüb Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında yoxlatdırarlarsa, ortaya çox ciddi nöqsanlar çıxa bilər.
Bundan başqa qeyd edilir ki, Zamiq Vəliyev pendir sexinin tullantı suyunu ərazidən keçən kanala axıdır. Kənd uşaqlarınını yay aylarında çimmək üçün istifadə etdiyi bu kanal artıq xəstəlik mənbəyinə çevrilir. Hətta son 2 ildə bir neçə uşaq kanalda çimdikdən sonra müxtəlif dəri xəstəliyinə yoluxublar.
Şikayətçilərin iddiasına görə məhz pendir sexindən kanala tökülən kimyəvi tullantı kanalı suyunun tərkibini zəhərləyir. Sakinlər ümid edir ki, Ekologiya və Təbii Sərvətlər nazirliyi Dünyamalılar kəndində kanala axıdılan pendir suyunun tullantısının qarşısını alacaq.
Mövzuya qayıdacağıq.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Gundemxeber.az
10-01-2014, 01:43
28-01-2014, 09:53
25-09-2016, 20:44
6-03-2021, 12:49
12-12-2019, 11:31
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?