Gundemxeber.az » Ölkə » Bölgə » Naxçıvanda doğuş - Naxçıvan Perinatal "Qəssabxanası" VİDEO/II Hissə
“Xan” dövründə Naxçıvanda Doğum (Perinatal) Mərkəzinə Kəmalə adlı bir həkim rəhbərlik edirdi. El arasında adına “Qəssab Kəmalə” də deyirdilər. Dolayısıyla, Naxçıvan camaatı Doğum Mərkəzinə qəssabxana kimi baxırdı. Mirzə Cəlilin təbiri ilə desək, hər kəsə və hər şeyə bir ayama qoşan naxçıvanlılar doğum xəstəxanasına “qəssabxana” deməkdə haqsız deyildilər. Bu tibb ocağına doğuşa gələn ana namizədlərinin böyük əksəriyyəti lazım oldu-olmadı cərrahiyyə masasına yatırılır, onların önəmli qismi ya öz canlarını, ya da bətnlərində daşıdıqları uşaqlarını böyük pullar ödədikləri möhtərəm ginekoloq həkimlərə fəda edib Doğum Mərkəzindən çıxırdılar.
Vasif Talıbov istefa verib öz ata evində istirahətə çəkildikdən sonra bir çox sahələr kimi Doğum Mərkəzinin də baş həkimi dəyişdi. Özü də qısa zaman ərzində iki dəfə. Amma görünən budur ki, bu dəyişiklikdən sonra da Doğum Mərkəzi qəssabxana olmaqdan qurtulmadı. Niyə?
Gəlin, bu sualın cavabını bir neçə ay həmin tibb ocağında Baş həkim işləmiş Kifayət Məmmədova xanımın dilindən eşidək.
Səs yazısı anası Doğum Mərkəzində dünyasını dəyişmiş Naxçıvan sakini tərəfindən qeydə alınıb.
https://www.facebook.com/100002294142075/videos/491981306948714/
Heydər Oğuz
20-04-2019, 09:56
6-12-2013, 22:43
10-02-2018, 19:45
25-11-2015, 14:08
30-09-2019, 11:08
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?