Redaksiyamıza bir neçə gün öncə Cəlilabaddan şikayət daxil olmuşdur ki, "Göytəpə meşəbəyliyinin 12 saylı meşə dolayında adları "Qırmızı Kitab"a daxil edilmiş ağac cinsləri, elə oranın gözətçisi hansıki əvvəllər meşə gözətçisi vəzifəsindən Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən çıxmış Xaləddin Salayev tərəfindən işlik material kimi kəsilərək mebel sexlərinə daşınır.
Amma bizim araşdırmamızda məlum olub ki, həmin dolayda 2024-cü il üçün qırma sahəsi ayrılmağına baxmayaraq, hələ bu günə kimi həmin qırma sahəsi açılmayıb, yəni ordan qırma üçün nəzərdə tutulan ağaclar kəsilməyib.
Eyni zamanda onu da qeyd edirik ki , sözügedən ağaclar şəkilərindən göründüyü kimi, tam sağlam və seçmə ağac cinsləridir, heç üzərində nə nömrə , nə də damğaları vardır!!
Şikayətçilərin bildirdiyinə görə, "Qara bazar"da işlik materialın (kruqluyakın) bir kub metri 300 manatdır.
"12 saylı dolayda "yaşıl soyqrım" gedən ərazilər el arasında "Şakir qoruğu" kimi tanınan , Vənlik kəndinin arxası, "Qəhrəman" deyilən yerin güneyi, dağda evlərin yuxarısı."- deyə, şikayətçilər bildirir.
Aldığımız məlumata görə, Xaləddin Salayev bu soyqırımı tam arxayıncasına həyata keçirdir, bir sözlə gözətçisi olduğu meşənin qəsdinə durub.
P.S.Görünür aidiyyatı dövlət qurumların başı COP29 tədbirinə qarışdığı bir vaxtda bəzi işbazlar bu fürsətdən kifayət qədər istifadə edib yararlanırlar. Cəlilabad meşələrindəki araşdırmamız davam edir.
Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq./qaynarxeber az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?