Ağdaş rayonu Hapıtlı kənd sakini, 14 sentyabr 1960-cı il doğumlu Əzizova Affayət İlyas qızı təcili əməliyyat olunmalıdır.
Bununla bağlı ölkər ərhbərliyinə - 1-ci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya müraciət edərək kömək istəyən vətəndaş Əzizov Fazil müraciətində qeyd edir ki, həm yoldaşı və həm də özü pensiyaçıdır, hazırda yoldaşının əməliyyat olunmasına görə dövlətin dəstəyinə ehtiyacı var.
Vətəndaşın müraciətində deyilir: "2000-ci ildən həyat yoldaşım Əzizova Affayət İlyas qızının hər iki ayağında eyni problem var. Dizlərində qığıldaq yeyilməsi xəstəliyi səbəbindən Ağdaş rayonunda və Bakı şəhərində Travmatologiya xəstəxanasında, Tədris-cərrahiyə klinikasında, Oksigen Klinikasında müalicə olunsa da, heç bir xeyri olmadığından əməliyyata göstəriş verilib. Həyat yoldaşımın 2015-ci ildən etibarən isə yeriməsi tam məhdudlaşıb. Buna görə də 2016-cı ildə "Turan" klinikasında sağ ayağına diz protezi qoydurduq... öz hesabımıza... Son iki ildə təkrarən ağrıları çoxalıb və çox çətinliklə yeriyir. Bakı şəhərində 3 həkim tərəfindən müayinə olunub. Bildirilib ki, 2016-cı ildə qoyulan protez çöküb və protez təcili şəkildə yenilənməlidir. İkinci qoyulacaq protezin qiyməti isə 14000 manatdır. Protezi adı: Revizyon total diz protezi əmaliyatı olmaldır... Hörmətli, Mehriban xanım. Bu müraciətimlə Sizdən kömək istəyirəm və xahiş edirəm həyat yoldaşımın ağrılarına son qoyacaq əməliyyatın keçirilməsi üçün əlinizdən gələni əsirgəməyəsiniz. Ümidimiz tək Sizsiniz. Öncədən təşəkkür edirəm..."/dia.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?