GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -TƏFƏRRÜAT

Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -TƏFƏRRÜAT

Tarix: 30-06-2025, 11:22 Bölmə :Bölgə Baxış: 98


Hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...

 

 Məlum olduğu kimi, on gün əvvəl Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və  birinci müavini də daxil rayonun bir neçə vəzifəli şəxsi DTX-nın keçirdiyi əməliyyatla saxlanıldı. Və bir gün sonra barələrində həbs qətiimkan tədbiri seçildi. İlkin açıqlamaya görə o, qulluq mövqeyindən sui-istifadə etməklə, xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur...

Bu arada mediada son illərdə Qax rayonunda keçirilən tenderlərə diqqət çəkildi. Məlum oldu ki, Qax rayon İcra Hakimiyyətinin tenderlərinin ənənəvi “qalib”lərindən biri “RENAT-R” MMC adlı şirkətdir. 2013-cü ildə qeydiyyatdan keçən bu şirkət indiyədək abadlıq və təmir-tikinti işləri adı ilə 1 milyon manata yaxın dövlət satınalmasının qalibi olub. Çox güman ki, istintaq prosesində bu fakt diqqətdən kənarda qalmayacaq...


                ***


Yazıya bu faktlarla girişimiz təsadüf deyil. Təəssüf ki, bu və bunaqədərki olaylara baxmayaraq hələ də, əksər dövlət qurumlarının satınalmalarından müəyyən suallar boylanır. Qax rayonuna qonşu sayıla biləcək Balakən Rayon İcra Hakimiyyətinin başçısının Balakən Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyində olduğu kimi...

Xatırladaq ki, Balakən Rayon İcra Hakimiyyətinin başçısının Balakən Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi daha bir tenderi yekunlaşdırıb. 20.06.2025-ci il tarixdə Nümayəndəlik "KM SERVİCES" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə  müqavilə bağlayıb. Bu müqavilə ilə Balakən Rayon İcra Hakimiyyətinin başçısının Balakən Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi Balakən şəhərində aparılacaq abadlıq və təmir işləri üçün mal-materialların alınması qarışılığında "KM SERVİCES" MMC-nə 85.059 manat ödəməli olacaq.

İlk baxışdan heç bir qeyri-adilik müşahidə edilməsə də, balakənli oxucularımızın ötürdüyü məlumatlar müəyyən araşdırmaları zərurətə çevirir...

Əvvəla, nə karədisrə Balakən rayon mərkəzinin abadlaşması adı ilə keçirilən tenderlər az qala ədədi silsilə şəkilini alsın. Ötən illərdə şəhər yollarının, binaların təmiri adı ilə müxtəlif, həm də az sayılmayacaq məbləğlə tenderlər keçirilib, dövlətin puluna xəsislik edilməyib(?)

Bu əməkdaşlıqda diqqət çəkən vacib faktor Balakən Rayon İcra Hakimiyyətinin başçısının Balakən Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin dövlət vəsaitini etbar etdiyi "KM SERVİCES" MMC ilə bağlıdır. Heç də az məbləğ olmayan dövlətin pulunun etibar edildiyi bu şirkətin nəinki Veb-saytı yoxdur, ümumiyyətlə internet üzərindən hansısa əlaqə vasitəsinə rast gəlmək mümkünsüzdür(?)

Məlum olduğu kimi, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qaununda (maddə:23) təchizatçı tərəfin üzərinə müvafiq sahədə peşəkarlıq və təcrübə, maliyyə imkanları və ödəmə qabiliyyətinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması və s. kimi öhdəliklər qoyulur.


Belə olan halda yumşaq desək "KM SERVİCES"MMC-nin fəaliyyəti ciddi şübhələrə yol açır, suallar doğurur... Necə olur ki, “izi-tozu bilinməyən” bir şirkətə Balakən Rayon İcra Hakimiyyətinin başçısının Balakən Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi Telman Bayramov dövlətin pulunu etibar edir? Əlaqə telefonu belə olmayan şirkətin, yuxarıda sadaladığımız imkanlara malik olması nə dərəcədə mümkündür? Telman Bayramovun bu şirkəti “gündüz çıraqla tapması” hansı səbəb və maraqlardan qaynaqlanır? Və s.


Bəzən elə belə olur, dövlətin pulu şəxsi maraqların predmetinə çevriləndə daha çox tanınmayan, heç bir ünvanı, əlaqə vasitəsi olmayan şirkətlər “yada düşür”...  

Digər diqqət çəkən məqam isə tərəflər arasında bağlanmış müqavilə ilə bağlı Dövlət Satınalmaların Vahid İnternet Portalının “Ətraflı” bölməsində alınacaq malların, görüləcək işlərin hər birinin qiymətinin göstərilməməsidir(?)


            ***


İnternet üzərindən apardığımız araşdırmalarla "KM SERVİCES" MMC ilə bağlı maraqlı məlumatlar əldə edə bildik. Bu istiqamətdə xüsusi ilə diqqət çəkən faktor isə şirkətin “hərşeyşünas” adlandırılması ilə bağlıdır...Şirkətin adı tikinti materiallarının alınması, yol çəkilişi və elektrik malları ilə təminat kimi ən müxtəlif işlərdən keçir. 

Bu şirkətin nə zaman, hansı ünvanda təsis edilməyi ilə bağlı məlumat yoxdur. İnternet resurslarında isə yalnız baş mühasib Dinar Mustafayevin adı keçir. Amma onun da haqqında geniş məlumat yoxdur.

Sözügedən şirkət vaxtı ilə 3 gündə iki tender udub. Onlardan biri Mingəçevir Mənzil-Kommunal Təsərrüfat Birliyi ilə bağlanmış satınalma müqaviləsidir. Həmin müqaviləyə əsasən MMC MKTB üçün 2024-cü ildə mal-materialların satınalınmasını qarışılığında şirkətə 215.266,37 manat ödənilib.
Amma şirkət ölkənin bu başında satınalma işlərini həyata keçirdiyi bir vaxtda, ölkənin o biri başında, yəni Naxçıvanda yol çəkməyi üzərinə götürüb. “Culfa” Yol-Təmir İstismar MMC ilə bağlanılmış satınalma müqaviləsinə də tikinti mal-materialları… Tərəflər arasında 254.181,01 manatlıq müqavilə bağlanıb.
Lakin “KM SERVİCES” təkcə yol çəkib, tikinti materialları almaqla kifayətlənmir. O, həmçinin elektrik malları bazarında da “gücünü” sınayıb. Şirkətin “Bakı Metropoliteni” ilə bağladığı müqavilədən də bu aydın görünür. Məsələ belədir ki, “KM SERVİCES” MMC metropoliten üçün elektrik mühərrikləri üçün sarğı materialların satın alınmasını reallaşdırıb. Bu zaman şirkətə 133 008.96 manat ödənilib.

                              ***


Biz Yenixeber.org olaraq hər iki tərəfdən – həm Balakən Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəlikdən, həm də "KM SERVİCES" MMC-dən müəyyən suallarımıza cavab almaq istədik.

Qeyd etdiyimiz kimi, "KM SERVİCES" MMC-nin heç bir əlaqə vasitəsinə rast gəlmədiyimizdən bu istəyimiz alınmadı...

Balakən Rayon İcra Hakimiyyəti başçısının Balakən Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi cənab Telman Bayramova isə 7 sualdan ibarət online sorğu ünvanladıq...Telman müəllimin müavini, həm də tender komissiyasının sədri İlham Kaltayevlə də telefonla danışdıq. Nəhayət sörğumuza “cavab” aldıq.

“Cavab” sözünü səbəbsiz dırnaqda yazmadıq. Günlər sonra Telman Bayramovun imzası ilə redaksiyamıza daxil olan məktubda 7 sualımızdan heç birinə cavab yer almır. Sadəcə “Dövlər satınalmaları haqqında” qanunun müəyyən maddələri xatırlanır...


          ***


Hörmətli qurum rəsmisinə və bu mövzuda məlumatı az olanlara xatırladaq ki, Azərbaycan Respublikası “Dövlət Satınalmaları Haqqında Qaununu”n 20.1-ci maddəsində göstərilir ki, Satınalma komissiyasının tərkibi bu qnunun 21.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla tək sayda (azı 5 (beş) nəfər) olmaqla, satınalan təşkilatın nümayəndələrindən formalaşdırılır. Satınalma komissiyasının sədrini və üzvlərini satınalan təşkilatın rəhbəri təsdiq edir. Satınalan təşkilatın rəhbəri satınalma komissiyasının sədri ola bilməz.

Təchizatçının Lisenziya və ya icazəsi ilə də bağlı Qanunun 23.3.2-ci maddəsində göstərilir ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduqda, müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması...

Eləcə də digər maddələrdə Təchizatçı ilə bağlı bir sıra tələblər sadalanır: satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması, satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması...


                      ***


Cənab Telman Bayramova xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...

Dövlət büdcəsi kiminsə şəxsi fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin...

Təəssüf ki, hələ də, bəzi səlahiyyət sahibləri medianın sorğusuna cavab verməyin vəzifə borclarından biri olduğunu ya bilmir, ya da bilmək istəmirlər. Həm də onu bilmək istəmirlər ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb...

Sonda onu da xatırladaq ki, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevdir. /yenixeber.org/

Mövzunun davamı olacaq. 


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qaxda 1milyona qədər tender udan şirkətin təmsilçisi həm də “DOST İş Mərkəzi” MMC-dən əməkhaqqı alır - İDDİA

    Qaxda 1milyona qədər tender udan şirkətin ...

    9-12-2019, 18:23

  • 
  • Bu gün DTX-nin saxladığı icra başçısı kimlərin qohumudur? - ŞOK DETALLAR

    Bu gün DTX-nin saxladığı icra başçısı kimlərin ...

    20-06-2025, 19:04

  • 
  • Ağstafada büdcə pulları rəsmən TALAN OLUNUR... - FAKT BUDUR!

    Ağstafada büdcə pulları rəsmən TALAN OLUNUR... - ...

    17-05-2021, 12:02

  • 
  • DTX-nin həbs etdiyi icra başçısı məhkəməyə çıxarılır

    DTX-nin həbs etdiyi icra başçısı məhkəməyə ...

    12-12-2020, 11:32

  • 
  • DTX Alimpaşa Məmmədovun həbsilə bağlı məlumat yaydı

    DTX Alimpaşa Məmmədovun həbsilə bağlı məlumat ...

    29-04-2021, 10:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu