GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Şuşada 6 nəfərin faciəvi ölümü ilə bağlı müəmmalar: Qadağan edilmiş yol, nasaz maşın... FOTOLAR

Şuşada 6 nəfərin faciəvi ölümü ilə bağlı müəmmalar: Qadağan edilmiş yol, nasaz maşın... FOTOLAR

Tarix: 30-06-2025, 18:08 Bölmə :Bölgə Baxış: 98

Şuşada 6 nəfərin faciəvi ölümü ilə nəticələnən dəhşətli qəzanın təfərrüatı məlum olub. Cinayət işi materiallarında yer alan ifadələrdən məlum olub ki, sürücü qəzanın baş verdiyi yolla hərəkət etməməli imiş. Həmçinin qəzadan sonra avtomobilin anidən alışması və hər kəsin yanaraq ölməsi də müəmmalı məsələlərdən idi. Gundemxeber.az musavat.com-a istinadla xəbər verir ki, hadisə 2023-cü ilin noyabr ayında Şuşada, Daşaltı kəndi ərazisində baş vermişdi.

“Nissan Navara” markalı avtomobilin aşması nəticəsində avtomobil alovlanmış və maşında olan sərnişinlər - Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölmüşdülər. Sürücü Elvin Abbasov isə ağır yanıq xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına, oradan da Bakıya gətirilmişdi. Bir neçə gün xəstəxanada qalsa da onun həyatını xilas etmək mümkün olmamışdı.

Qəzaya düşənlər “Mikro Tunel Tikinti” MMC-nin işçiləri olub. Şirkət Şuşaya qaz xətti çəkilişi layihəsini həyata keçirirmiş.

Maşında qaz balonu olub?

Mərhum sürücünün qardaşı ifadəsində maşında qaz balonu olması ehtimalını irəli sürüb. Onun sözlərinə görə, qaz balonu ilə bağlı ehtimalı heç kim öz üzərinə götürməyib, bununla bağlı onlara izahat verilməyib.

İş üzrə mərhum sürücü Elvin Abbasovun bacısının əri də şahid kimi dindirilib. Həmin ifadədə diqqət çəkən məqamlar olub. Məlum olub ki, hadisədən bir neçə dəqiqə əvvəl Elvin onunla telefonda görüntülü danışırmış və maşının nasaz olduğunu deyibmiş:

“Elvin mənim qaynım idi. Hadisədən yarım saat əvvəl onunla danışırdım. Telefonda danışan zaman maşını ehtiyatla sürdüyünü, əyləc sisteminin nasaz olduğunu deyirdi. Həmin vaxt iş yoldaşlarına yemək apardığını, qayıdacağını dedi. Yollar təhlükəli olduğu üçün ehtiyatlı olmasını istədim. Yol getdiyi üçün darıxırdı, telefonu sağ oturacağın üzərinə qoymuşdu”.

Sürücü niyə həmin yolu seçib?

İşçilərin çalışdığı MMC-nin briqadiri də şahid qismində dindirilib. Onun sözlərinə görə, Elvinin idarə etdiyi avtomobili daha əvvəl özü sürdüyü üçün nasaz olmadığını bilir:

Briqadirin ifadəsində digər maraqlı məqam isə budur ki, qəzanın baş verdiyi yoldan istifadə etmək qadağan imiş: “Biz ümumilikdə “Zəfər yolundan” istifadə edirdik. Elvinin maşını sürdüyü yolla getmək qadağan idi, o yola nəyə görə girdiyini bilmirik”.

Cinayət işi materiallarında komissiyon məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının rəyi də var. Rəydə göstərilir ki, yanğının mənbəyi avtomobilin mühərrik bölməsinin daxilində olub və yanğın mənbə zonasından yanar materialların üzəri ilə yüksələn xətt istiqamətində genişlənərək avtomobilin bütün hissələrinə yayılıb.

Ekspertiza rəyində qaz balonunun olması, partlaması ilə bağlı heç bir qeyd yer almayıb.

Qeyd edək ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; 2 və daha artıq şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açılıb. Mərhum sürücü Elvin Abbasov təqsirləndirilən şəxs qismində tanınıb.

Məhkəmə araşdırmasının yekununda mərhum Elvin Abbasov qeyd edilən maddə ilə təqsirli bilinib. Lakin vəfat etdiyi üçün barəsində cəza təyin edilməyib.

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Saatlıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasının təfərrüatları məlum olub

    Saatlıda 2 nəfərin ölümü ilə nəticələnən yol ...

    24-03-2018, 10:00

  • 
  • Biləsuvarda 5 nəfərin ölümü ilə nəticələnən ağır qəzanın - Təfərrüatı

    Biləsuvarda 5 nəfərin ölümü ilə nəticələnən ağır ...

    20-09-2017, 11:58

  • 
  • Şəmkirdə avtomobil ağaca çırpılıb, ölən və yaralanan var.

    Şəmkirdə avtomobil ağaca çırpılıb, ölən və ...

    28-12-2014, 00:23

  • 
  • Avtomobil yandı, sürücü xəsarət aldı

    Avtomobil yandı, sürücü xəsarət aldı ...

    20-12-2015, 20:20

  • 
  • Tovuzda hərbçilərin yanaraq öldüyü qəzanın- Videosu

    Tovuzda hərbçilərin yanaraq öldüyü qəzanın- ...

    26-02-2014, 16:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu