Ordubad rayonunun Səfərbərlik Xidməti rüşvət qarşılığında bəzi şəxsləri hərbi toplanışdan azad edir. Onların yerini doldurmaq üçünsə, rüşvət verməyənlər ard-arda, bir neçə dəfə təlimə çağırılırlar. Rüşvət qarşılığında əlimdən yayınanların əsasən Bakıda və Türkiyədə yaşayan ordubadlıların olduğu bildirilir.
Gundemxeber.az bildirir ki, bu haqda “Gündəlik Naxçıvan”a dəfələrlə təlimə çağırılan sakinlər məlumat veriblər. Rayon sakini V.Məmmədov 3 dəfə ard-arda təlimə çağırılmasından şikayətlənir: “İki təlimdə iştirak etmişəm. 6 ay keçməmiş bir də çağırıblar. İmtina etdim. Hər dəfə eyni adamları çağırırlar. Deyirəm bu necə olur? Deyirlər ki, güya adları müdafiə Nazirliyi göndərir. Yalan deyirlər, adları yerli icra nümayəndələri verir. Yoxsa onlar hardan bilirlər ki, kim kənddədir, kim yox. Bizə deyirlər ki, siz də pul verib getməyin. Demək getməyənlər rüşvət verir, rüşvət verməyənləri ard-arda çağırılır.” Sakin M.Qasımov da ard-arda hərbi təlimə çağrılmasından şikayətlənir: “Kəndə mənimlə birlikdə 4 nəfəri hər dəfə çağırırlar. Halbuki, kifayət qədər çağırılası adam var. Bakıda, xaricdə gəzib kef edirlər, pul qazanırlar. Bu vətən hamınındır. Hamının borcudur ki, təlimlərdə iştirak etsin. Valideyinlərimiz də narazılıq edir. Bizə də deyirlər ki, siz də pul verin getməyin. Belə özbaşınalıq olmaz. Başqa rayonlarda adamları Bakıdan, hətta, xaricdən polis gücünə gətirib təlimə göndərirlər. Bizdə isə bunu etmirlər. Bu özbaşınalığın qarşısı alınmalıdır. Bunun nəticəsidir ki, ard-arda çağırılanlar etiraz etdiyi üçün axırıncı təlimə cəmi 14 nəfər cəlb edə bildilər. Ordubadın 45 kəndi var. Hər kənddən 1 nəfər cəlb edilsə 45 nəfər edir. Bu özbaşınalığın qarşısı alınmalıdır. Başqalarının yerinə eyni adamlar hər dəfə təlimə cəlb edilməməlidir.”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?