GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » FHN-nin Lənkəran Şəhər Dövlət Yanğından Mühafizə Xidmətində nə baş verir? - "MƏNİ BOĞMAĞA ÇALIŞDI"

FHN-nin Lənkəran Şəhər Dövlət Yanğından Mühafizə Xidmətində nə baş verir? - "MƏNİ BOĞMAĞA ÇALIŞDI"

Tarix: Bu gün, 13:42 Bölmə :Bölgə Baxış: 9

Lənkəranın dərin küçələrindən birində, illərini alova qarşı mübarizəyə həsr etmiş bir adam var — Pərviz Yusubov. O, 2004-cü ildən bu yana Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Şəhər Dövlət Yanğından Mühafizə Xidmətində çalışıb. Yanğınlar içindən qorxmadan keçən, insanların həyatını xilas etməkdən çəkinməyən, peşəsini qürurla daşıyan bir yanğınsöndürən kimi tanınıb.


GundemXeber.Az Arazpress.com-a istinadla bildirir ki, amma bu dəfə alov onu binada yox, öz xidməti otağında, öz iş yoldaşlarının içində yandırdı.

“Məni boğmağa çalışdı, telefonumu sındırdı…”

2025-ci ilin 25 iyun tarixində Pərvizin həyatında dəhşət yaşanır. O gün bölməyə yeni təyin olunmuş zabit Hüseynağa Hüseynzadə ilə arasında mübahisə düşür. Qısa zamanda söhbət fiziki qarşıdurmaya çevrilir.

“O, məni boğmağa çalışdı. Bədənimdə xəsarətlər var idi. Telefonumu da sındırdı. Mən sadəcə işimi görürdüm, heç kimə pislik etmirdim”, — deyə, Pərviz hadisəni göz yaşları ilə xatırlayır.

Pərviz o gün xidmətdə idi. Lakin ona qarşı zorakılıq edən zabit nə cəzalandırılır, nə də sorğu-suala tutulur. Əksinə, hadisəni ictimailəşdirməyə çalışan Yusubovun özü susdurulur

“Məni dinləmədilər, ərizə yazmağa məcbur etdilər”

Hadisədən sonra Pərviz Nazirliyin şəxsi heyət üzrə rəisi Sənan müəllimə müraciət edir. Deyir, haqsızlığa uğramışam, araşdırma istəyirəm. Amma cavab gözlədiyindən fərqli olur:

“Məni dinləmək istəmədilər. Əksinə, təzyiq göstərib dedilər, ‘ərizə yaz, çıx’. Mənə haqsızlıq edən qaldı, mən getdim”.

Yusubov iddia edir ki, zabit Hüseynzadə həm Sənan müəllim, həm də hissə rəisi Seymur Baxşiyev tərəfindən himayə olunur.

“Hüseynağa özü demişdi ki, bölməyə gəlmək üçün Seymur Baxşıyevə 6 min manat vermişəm. Mən inanmamışdım, amma indi hər şey yerinə oturur”, — deyə, o bildirir.

“Üç dəfə töhmət alıb, amma yenə qorunur”

Yusubovun sözlərinə görə, Hüseynzadənin intizam tarixi heç də təmiz deyil. O, FHN Akademiyasında işlədiyi üç il ərzində üç dəfə töhmət alıb.

“Belə bir adam indi bizdə zabit kimi işləyir. Sürücülük vəsiqəsi olmamasına baxmayaraq, idarəyə məxsus avtomobillərlə avtoşluq edir. Mən isə sadəcə həqiqəti dediyim üçün işdən çıxarılıram”, — deyə, Pərviz acı-acı gülümsəyir.

O, bu günə qədər aldığı həkim rəylərini, bədənindəki xəsarət izlərini belə qoruyur. Amma nə bu sənədlər, nə də illərin xidməti onu qoruyub.

“Cənab nazir, bəlkə siz eşidərsiniz”

Pərviz Yusubov indi tək bir ümidə söykənir — nazir Kəmaləddin Heydərovun ədalətinə.

“Cənab nazirin bu hadisədən xəbəri yoxdur. Əgər bilsə, mütləq tədbir görər. Mən artıq başqa heç kimə güvənmirəm. Bu qurumda ədalət varsa, onu yalnız o bərpa edə bilər”.

Onun səsi titrəyir, baxışları uzaqlara yönəlir. Həyatını xilas etdiyi insanların evlərində indi sakitlik var, amma onun içində haqsızlığın alovu sönmür.

“Yeni gələnlər vəzifə alır, təcrübəlilər isə kənarda qalır”

Yusubov deyir ki, FHN-də bu cür hallar artıq tək-tük deyil. Yeni gələnlər vəzifə alır, amma illərini xidmətə vermiş əməkdaşlar sistemdən sıxışdırılır:

“Bu, tək mənim başıma gəlmir. Təcrübəli kadrlar kənara atılır, tanışlıqla gələnlər isə baş tacı edilir”

Onun sözlərinə görə, Lənkəranda və digər şəhərlərdə də oxşar hallar var, amma çoxları qorxudan danışmır.

“Mən qorxmuram. Mən yanğından da keçmişəm. Amma ədalətsizlik alovundan yanmaq daha ağırdır”.

Susqunluq davam edir

Hadisə ilə bağlı hələlik Fövqəladə Hallar Nazirliyindən heç bir rəsmi açıqlama verilməyib.

Məsələ ilə bağlı rəsmi mövqe öyrənmək üçün sorğu göndərdik

Pərviz Yusubov bu gün işsizdir, amma içində bir qərarlılıq var — “əgər səsini çıxartmazsansa, belə bir təhlükə sabah başqasının da başına gələcək”.

Onun səsi indi təkcə bir əməkdaşın fəryadı deyil, FHN-dəki sistemli özbaşınalıqlara qarşı bir xəbərdarlıqdır.

Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sərnişin sürücünü boğmağa çalışdı: saxlamadığı üçün

    Sərnişin sürücünü boğmağa çalışdı: saxlamadığı ...

    3-09-2017, 22:05

  • 
  • Bakının mərkəzində üçmərtəbəli binada yanğın

    Bakının mərkəzində üçmərtəbəli binada yanğın ...

    4-09-2019, 14:32

  • 
  • Bu səhər baş verən hadisə FHN-i hərəkətə keçirdi

    Bu səhər baş verən hadisə FHN-i hərəkətə keçirdi ...

    23-11-2014, 11:34

  • 
  • İşğaldan azad olunmuş ərazilərdə FHN-in növbəti yerli strukturları fəaliyyətə başlayıb

    İşğaldan azad olunmuş ərazilərdə FHN-in növbəti ...

    16-11-2020, 11:41

  • 
  • "Akkord-Tekstil"də yanğın: FHN-in polkovnik-leytenantı xəsarət aldıb

    "Akkord-Tekstil"də yanğın: FHN-in ...

    23-10-2017, 15:39


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (85)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu