GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Marketdən rüşvət alarkən həbs edilən Tural Abdullayev kimdir: jurnalist, yoxsa marketoloq?

Marketdən rüşvət alarkən həbs edilən Tural Abdullayev kimdir: jurnalist, yoxsa marketoloq?

Tarix: 2-05-2017, 22:50 Bölmə :Cəmiyyət Baxış: 657
Marketdən rüşvət alarkən həbs edilən Tural Abdullayev kimdir: jurnalist, yoxsa marketoloq?


Bir neçə gün öncə Daxili İşlər Nazirliyi tanınmış marketoloqun həbsi ilə bağlı məlumat yaymışdı.

Məlumatda deyilirdi ki, “Sosial şəbəkələrdə qeydiyyatdan keçməklə müxtəlif iş adamlarını barələrində guya rüsvayedici məlumatlar yayacaqları, sahib olduqları şirkətləri ictimaiyyət arasında nüfuzdan salacaqları ilə hədələyərək onlardan qanunsuz olaraq pul tələb edən şəxslərə qarşı daxili işlər orqanları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Məhdud Məsuliyyətli Cəmiyyətlərdən birinin rəhbərliyi sosial şəbəkələrdə Tural adlı vətəndaşın onların fəaliyyəti barədə təhqirdici, həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar paylaşdığını və bu tipli məlumatların təkrar yayılmaması üçün həmin şəxsin külli miqdarda pul tələb etdiyi barədə məlumat verib: “Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxs – Bakı şəhər sakini Tural Abdullayev qeyd edilən cəmiyyətin əməkdaşından 3500 manat pul alan zaman saxlanılıb. Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir”.
Tural Abdullayevin həbs edilməsindən sonra onu bəziləri jurnalist kimi qələmə verməyə başladılar. Bu da media camiyəsində heç də yaxşı qarşılanmadı. Bu səbəbdən musavat.com saytı məsələni araşdırmaq qərarına gəlib.
Araşdırma zamanı məlum olub ki, onunla bağlı polisə müraciət edən isə “Araz” supermarketlər şəbəkəsinin rəhbərliyidir. Onların arasında bir müddət imiş ki, mübahisə yaşanırmış. Tural Abdullayev “Araz” marketlər şəbəkəsi ilə bağlı bir neçə dəfə tənqidi məzmunlu statuslar paylaşıb, özünün şəxsi saytında məqalələr dərc edib.
Aralarında münaqişənin yaşanmasında əsas səbəblərdən biri, Tural Abdullayevin “Araz” marketlər şəbəkəsini plagiatlıqda ittiham etməsi olub. Bir neçə gün əvvəl İngiltərədən qayıdandan sonra T.Abdullayevin tutulması ilə bağlı əməliyyat keçirilib.
Tural Abdullayev kimdir?
T.Abdullayev bu günə qədər 10-dan çox tanınmış şirkətdə çalışıb. Amma onu hər kəslə tanış edən, reklam edib, tanıdan ilk olaraq telekanallar olub. Telekanallar Tural Abdullayevi marketoloq, ekspert kimi təqdim ediblər. Son 1 il ərzində T.Abdullayev azı 15 dəfə marketoloq kimi rəy verib, verilişlərin qonağı olub.
Özünü hər zaman xidmət və pərakəndə sektoru üzrə ekspert, marketoloq kimi tanıdan Tural Abdullayev əvvəlcə “Tərəzi” layihəsi ilə səs-küy salmışdı. Müxtəlif marketlərə müştəri kimi daxil olub, onlara “Xidmət”, “Keyfiyyət”, “Rahatlıq”, “Təmizlik”, “Kampaniyalar” və “Çeşid” üzrə qiymət verirdi. Bu videolar onun ən səs salan layihəsi idi. Bir neçə videodan sonra bu layihəni dəyişməli olub. Eyni adla çəkdiyi videolarda artıq marketlərə getmədən, eyni ərzaqları alıb, çəkisini, dadını və qiymətini müqayisə etməyə başlamışdı.
T.Abdullayev supermarketinq.net saytının da sahibidir. Sayta göz gəzdirdikdə yetərincə məqalə, araşdırma və reklamlar görmək olur. Müxtəlif market və şirkətlərin bannerləri saytda görünür. Bu da təbii ki, ödənişsiz deyil. Həbsi zamanı sübut kimi təqdim edilən videoda T.Abdullayevin pul aldığı görünür. Onun yaxınları bu görüntüdə T.Abdullayevin rüşvət yox, reklam üçün ödəniş aldığını və onun şərləndiyini deyirlər.
Supermarketinq.net saytında marketlər haqqında məqalələrə də göz gəzdirdik. Yazıları oxuyub, müqayisələri incələdik. T.Abdullayevin ən çox tənqid etdiyi, hətta təhqir etdiyi deyilən “Araz” market haqqında saytda müsbət yazılar gördük. Hətta bu yazılar daha çox reklam xarakterlidir.
T.Abdullayevin həbs edilməsi xəbərlərinin sonunda bütün saytlar, “Qeyd edək ki, Tural Abdullayev facebook səhifəsində “Araz” marketlər şəbəkəsini təhqir və şantaj etmişdi” – deyə əlavə edirlər. Öyrəndik ki, T.Abdullayev bunu vaxtilə özünün şəxsi profilində yazıb və sonra silib. Silinən statusu tapdıq. Lakin təhqiramiz ifadələrə görə onu oxuculara təqdim edə bilmirik.
O, həmçinin supermarketinq.net saytından “Araz” marketlə bağlı yazdığı bütün tənqidi yazları silib. “Google” axtarış sistemində həmin yazıları tapmaq mümkün olsa da, saytdan yazı silindiyi üçün onları oxumaq olmur. “Araz” marketlə bağlı müsbət xarakterli məqalələr bu ilin yanvar, fevral aylarına aiddir və heç bir tənqidi yazı yoxdur. Belə bir vəziyyət istər-istəməz şübhə doğurur.
Tural Abdullayevin həbsindən sonra onu “reket jurnalist” kimi adlandıranlar da oldu. Bu səbəbdən Mətbuat Şurası İdarə Heyətinin üzvü və “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevlə əlaqə saxladıq.
A.Quliyev T.Abdullayevin jurnalistikaya heç bir aidiyyəti olmadığını, onun sırf cinayət əməlinə görə həbs edildiyini dedi: “Belə şəxslərin jurnalist kimi qələmə verilməsi, müdafiə edilməsi çox təəccüblüdür. Kiminsə yazı yazması onun jurnalist olması anlamına gəlmir. Əgər hansısa şəxs kimlərisə şantaj edib, onlardan pul alırsa və bu fakta görə yaxalanırsa, deməli, həmin adam cinayət əməli törədib. Buna görə də, cavab verməlidir. Bu tipli şəxslər haqqında “jurnalist həbs edildi” demək olmaz. Həmin adam yazılarına görə yox, cinayət əməlinə görə həbs edilib. Burada heç cür müdafiə forması ola bilməz”./musavat.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Cako" ləqəbli "qanuni oğru" Bakıda tutuldu - ƏMƏLİYYAT GÖRÜNTÜSÜ

    "Cako" ləqəbli "qanuni oğru" ...

    29-03-2015, 21:53

  • 
  • Xüsusi təyinatlılar Bərdədə əməliyyat keçirdi

    Xüsusi təyinatlılar Bərdədə əməliyyat keçirdi ...

    11-12-2014, 22:33

  • 
  • Vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb edən şəxs həbs edilmişdir

    Vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb edən ...

    28-12-2015, 21:43

  • 
  • Bakı polisi saunalarda əməliyyat keçirdi

    Bakı polisi saunalarda əməliyyat keçirdi ...

    29-11-2016, 18:06

  • 
  • Bakıda “reket jurnalistlər" tutuldu – HƏM DƏ İŞ BAŞINDA

    Bakıda “reket jurnalistlər" tutuldu – HƏM DƏ ...

    21-04-2016, 01:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu