GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Porno videolarla qadınları şantaj etməsi..." - general qəzəbləndi

"Porno videolarla qadınları şantaj etməsi..." - general qəzəbləndi

Tarix: 5-05-2017, 21:17 Bölmə :Cəmiyyət Baxış: 730
"Porno videolarla qadınları şantaj etməsi..." - general qəzəbləndi


Həbsdə olan general növbəti dəfə hakim qarşısına çıxarılıb. MTN generalı barəsində mətbuatda yazılanlardan gileylənib. General həmçinin ondan zərərçəkmiş şəxslərin tələb etdiyi məbləğin çoxluğundan da şikayət edib.

Musavat.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və müavini polkovnik Azər Mehdiyev və digərlərinin məhkəmə prosesi davam edib.

Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş tərəflər vəsatətlərlə çıxış ediblər. Zərərçəkmiş şəxslərdən Taleh Sadıqov generala qarşı 500 min manatlıq mülki iddia qaldırıb. Digər zərərçəkmiş Aydın Cəfərov 50 min manat maddi, 40 min manat isə mənəvi zərərlə bağlı mülki iddia irəli sürüb.

A.Cəfərov digər MTN zabitləri - nazirliyin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natavan Mürvətova və nazirliyin başqa bir əməkdaşı Elşad Əzizovun da mülki cavabdeh qismində tanınmasını istəyib və onlardan da şikayətçi olduğunu qeyd edib.

Zərərçəkmişlər Ələsgər Əliyev 74 min, Maqsud Mahmudov isə 1 milyon 400 min manatlı mülki iddia qaldırıb. Bu iddia general və vəkilləri tərəfindən etirazla qarşılanıb.

Elçin Quliyevin vəkili bildirib ki, ittihamda Maqsud Mahmudova dəymiş ziyan 120 min manatdır. Zərərçəkmiş Maqsud Mahmudov isə həmin ərəfədə əmlakının bir günün içində 120 min manata satıldığını deyib.

Hakim bu məsələyə məhkəmənin yekununda qiymət veriləcəyini bildirib. Zərərçəkmişlərdən Heydər Ələkbərov 300 min maddi, 500 min isə mənəvi zərərin ödənilməsini istəyir.

Daha sonra zərərçəkmiş Mətləb Mustafayev (intihar edən MTN zabiti Malik Mustafayevin qardaşıdır) vəsatətində barəsində əvvəllər başlanmış cinayət işi ilə bağlı daxil olan məlumatların, Elçin Quliyevin məhkəmə qərarı olmadan axtarış aparması barədə sənədlərin Dövlət Təhlükəsizlik Xidmətindən tələb edilməsini, 22 nəfər şəxsin isə əlavə şahid qismində məhkəmədə dindirilməsini istəyib. O, bildirilib ki, həmin şahidlər arasında sabiq nazir Eldar Mahmudov, Səbail və Nəsimi rayon Məhkəmələrinin hakimləri də var.

Bildirək ki, Malik Mustafayev sabiq məmurdur və ondan MTN-də vəzifəli şəxslərə qarşı ifadə vermək tələb edilib. Onun MTN polkovniki olan qardaşı da təzyiqlərə məruz qalıb və 2014-cü ildə intihar edib. Prokuror vəsatətə münasibət bildirən zaman deyib ki, zərərçəkmişin hazırkı mərhələdə təqdim etdiyi vəsatət baxılmamış saxlanılmalıdır.

Mətləb Mustafayev çıxışında bildirib ki, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə həbs edilib və məhkumluq həyatı yaşayıb. Onun sözlərinə görə, Ali Məhkəmə həmin hökmü ləğv edib və işin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib: “Hazırda işimə Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılır. Hakim kollegiyası işin araşdırılmasını dayandırıb və bu məhkəmənin çıxaracağı hökmün nəticəsini gözləyir. İstintaq dövründə də vəsatətim də adını çəkdiyim şəxslərin dindirilməsini istəmişəm. Amma onlar dindirilməyiblər”.

Mətləb Mustafayev qeyd edib ki, ona və qardaşına qarşı əməliyyatın qurulması üçün əmri Eldar Mahmudov verib. Mustafayev bu işdə hazırda sərbəst olan MTN-nin İstintaq Baş İdarəsinin rəisi Mövlan Şıxəliyev, onun müavini Təhsin Ağayev və digər əməkdaşlar da iştirak etdiyini söyləyib və onların qardaşının intiharı ilə bağlı məlumatlı olduqlarını qeyd edib. Bu vəsatət hazırkı mərhələdə baxılmamış saxlanılıb.

Məhkəmədə təqsirləndirilən polkovnik Azər Mehdiyevin vəkili Qubad Salayev vəsatətlə çıxış edərək müdafiə etdiyi şəxsin əvvəllər məhkum olunmadığını, 2012-c ildə prezidentin igidliyə görə medalı ilə təltif edildiyini deyərək barəsində olan həbs-qətimkan tədbirinin həbslə əlaqədar olmayan qətimkan tədbiri ilə əvəz edilməsini istəyib.

Prokuror isə vəsatətin təmin edilməməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Polkovnik Azər Mehdiyevin vəkili 1 milyon 400 min iddia irəli sürən zərərçəkmiş Maqsud Mahmudov barəsində məhkəmə tibbi ekspertizasının keçirilməsi barədə vəsatət verib.

O, bildirib ki, Maqsud Mahmudov 1993-94-cü illərdə və 1998-ci ildə 1 saylı Əsəb Dispanserində müalicə alıb: “Maqdus Mahmudovun ərizəsi və ifadəsi əsasında Azər Mehdiyev həbs edilib. Biz bu şəxsin izahat və ifadələrinin obyektivliyinə şübhə ilə yanaşırıq. Onun 1 saylı Ruhi Əsəb Dispanserində müalicə alması ilə bağlı rəsmi sənəd almışıq. Buna görə də onun anlaqlı olub-olması ilə bağlı ekspertiza təyin edilməsini xahiş edirik”.

Maqsud Mahmudov isə bildirib ki, Qarabağ döyüşlərində iştirak edib və bu səbəbdən 1994-cü ildə müalicə alıb. O, ikinci dəfə müalicə almasına belə münasibət bildirib: “7 gün orada müalicə almışam. Bunu da birdəfəlik pensiya almaqla bağlı etmişəm”.

Dövlət ittihamçısı vəsatətin təmin edilməməsini istəyib. General Elçin Quliyev isə bildirib ki, zərərçəkmiş kimi tanınan Maqsud Mahmudov əvvəllər dələduzluq ittihamı ilə məhkum olunub: “Ona qarşı pornoqrafik videolarla qadınları şantaj etməsi ilə bağlı cinayət işi də olub. Bu şəxs peşəkar şantajçıdır. Onun barəsində ekspertizanın keçirilməsinin tərəfdarıyam”.

Hakimlər bu vəsatəti də təmin etməyib. Daha sonra Elçin Quliyevin vəkili məhkəmə istintaqının video çəkilişlə aparılmasını istəyib. O, bildirib ki, sonuncu məhkəmə iclasından sonra mətbuatda xoşagəlməz məlumatlar yer alır. Vəkil əlavə edib ki, Elçin Quliyevin istintaqa ifadələrində elə məlumatlar var ki, onların açıqlanması qanunla qadağandır. Elçin Quliyev isə belə vəziyyətdə ifadə verə bilməyəcəyini, prosesin qapalı keçirilməsini istəyib.

Prokuror isə mətbuatda yazılanlar haqda generalın vəkilinin etirazına belə cavab verib: “Ölkəmizdə azad mətbuat var. Mətbuatda yazılanların işə adiyyatı yoxdur. Video çəkilişlə bağlı hissədə vəsatət təmin edilməsin. Prosesin qismən qapalı aparılması barədə bizim tərəfimizdən də vəsatət var. Həmin vəsatətə əsasən dövlət sirrinin və şəxsi ailə sirrinin yayılmaması üçün prosesin qismən qapalı keçirilməsini istəyirik”.

Məhkəmə prosesin video çəkilişlə aparılması barədə vəsatəti təmin etməyiblər. Amma prosesin qismən qapalı keçirilməsi barədə qərar qəbul edilib. Daha sonra məhkəmə istintaqı başlanılıb və dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münaasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

İlk olaraq Elçin Quliyevə ifadə vermək təklif edilsə də, o hazırkı mərhələdə ifadə vermək istəmədiyini deyib: “Mənim hər sözüm dövlət sirrini təşkil edir. Bizim əməkdalarımızın adını açıqlayırlar. Onlar terror şəbəkələrinin hədəfində ola bilərlər. Meşə qardaşları, Kamran Əsədovun dəsətəsi, İŞİD, Əl-qaidə digər terror şəbəkələri əlaqələri olan şəxsləri ifşa etmişik. Mən özümü kənara qoyuram. Daha mənim adımı açıqlayıblar. Bu əməkdaşlarızın adını açıqlamaq düzgün deyil. Onların ailəsinə bir şey olsa, kim məsuliyyəti üzərinə götürəcək”.

Növbəti məhkəmə prosesi mayın 8-nə təyin edilib.

İlkin Muradov,
Musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "MTN işi" ilə bağlı sahibkarlar dindirilir

    "MTN işi" ilə bağlı sahibkarlar ...

    20-10-2015, 16:27

  • 
  • Həbs edilən MTN-çilərin dəqiq adları və vəzifələri məlum oldu - TAM SİYAHI

    Həbs edilən MTN-çilərin dəqiq adları və ...

    21-10-2015, 18:56

  • 
  • MTN-də növbəti kadr dəyişikliyi

    MTN-də növbəti kadr dəyişikliyi ...

    26-11-2015, 20:53

  • 
  • MTN-in daha bir generalı işdən çıxarıldı

    MTN-in daha bir generalı işdən çıxarıldı ...

    26-11-2015, 19:09

  • 
  • MTN-nin həbsdəki xanım generalı Eldar Mahmudov və Hilal Əsədovu “baqaj”a qoydu

    MTN-nin həbsdəki xanım generalı Eldar Mahmudov və ...

    12-08-2016, 01:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu