IV ixtisas qrupu üzrə ali məktəblərə keçirilmiş ilk qəbul imtahanında 700 bal toplayan abituriyentlərdən biri də 287 nömrəli "Zəkalar" liseyinin 11-ci sinif şagirdi Nemət Yusifovdur.
gundemxeber.az xəbər verir ki, virtualaz.org rekordçu yeniyetmə ilə görüşərək, onunla söhbət edib.
- İmtahana necə hazırlaşırdınız?
- Xüsusi sistemim yox idi. Vaxtımdan səmərəli istifadə edərək hazırlaşırdım.
- Bəs əslində neçə bal gözləyirdiniz? 700 bal toplayacağınıza inanırdınızmı?
- Təbii ki, yüksək nəticə əldə edəcəyimə inanırdım, lakin 700 haqqında heç düşünməmişdim.
- May ayının sonunda keçiriləcək sınağa, yəqin ki, bilet almısınız. İştirak etməyi düşünürsünüz?
- Məncə, sınaqlara bu baldan sonra ehtiyac yoxdur.
- Bəs iyul ayında keçiriləcək ikinci imtahana gedəcəksiniz?
- İnsanda şans bir dəfə olur, nəticəmi korlamamaq üçün getməyəcəyəm.
- Sizcə, qəbul imtahanına hazırlaşmaq üçün yalnız məktəbdə qazanılan biliklər kifayət edir?
- Mümkünsüz heç nə yoxdur, amma repetitorsuz çox çətin olardı.
- Hansı ixtisasa yiyələnmək istəyirsiniz və nə üçün?
- Həkimlik, çünki bu işi bacaracağıma inanıram.
- Gələcəyin həkimi kimi, ölkənin səhiyyə sistemində hansı dəyişikliyi etmək istərdiniz?
- Yəqin ki, həkimlərin insanlara yanaşma tərzini dəyişərdim.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?