GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Məmur bizi qızımın şəkillərini yaymaqla şantaj edir”

“Məmur bizi qızımın şəkillərini yaymaqla şantaj edir”

Tarix: 31-05-2017, 12:39 Bölmə :Cəmiyyət Baxış: 583
“Məmur bizi qızımın şəkillərini yaymaqla şantaj edir”


Sara Nəsibzadə: Məmur vəzifəsindən istifadə edib, oğlunu cəzadan yayndırır”

“Qızımı zorla maşına basıb, telefonunu əlindən alıb, Badamdar qəsəbəsindəki villarına aparıb. Orada 4-5 saat ərzində onu döyüb, işgəncə verib. İndi də ata-anası öz vəzifələrindən sui-istifadə eləyib, onun cəzalandırılmasına imkan vermirlər, istintaqa təzyiq göstərirlər”, – bunu deyən paytaxt sakini Sara Nəsibzadədir.
Onun 19 yaşlı qızının oğurlanıb zorakılığa məruz qalması ilə bağlı şikayət hazırda Səbail Rayon Prokurorluğunda araşdırılır. Gənc qızın üzərindəki xəsarətlərlə bağlı ekspertiza keçirilib, amma hələlik ekspertin rəyi məlum deyil.
Ananın iddiasına görə, qızına qarşı zorakılıq edən 23 yaşlı Fərid Cəfərlidir. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir. Sara Nəsibzadə Fərid Cəfərlinin özü qədər onun valideyinlərindən də narazıdır. Deyir ki, o, valideynlərinə, onların vəzifəsinə güvənib istədiyi özbaşınalığı edir. Valideynlərinin də sayəsində cəzasız qalır. Şikayətçi hesab edir ki, martın 2-də qızının oğurlanıb zorakılığa məruz qalmasından sonra da Fərid Cəfərlinin cəzalandırılmaması valideynlərinin müdaxiləsinin nəticəsidir.
Qeyd edək ki, Fərid Cəfərlinin anası Firəngiz Həsənova Bakıda 53 nömrəli məktəbin direktorudur. Atası Ramil Cəfərov isə Dövlət Neft Şirkətinin auditorudur.
“Fərid Cəfərli özü də deyib ki, hara istəyirlər, şikayət eləsinlər”, – deyə Sara Nəsibzadə bildirib.

“Qızımı oğurlayıb villalarına aparıb, 4-5 saat ərzində ona işgəncə verib”

Şikayətçi xanımın sözlərinə görə, bir müddət əvvəl qızı Fərid Cəfərliyə görə intihara cəhd edib, həkimlərin sayəsində onun həyatını xilas etmək mümkün olub. Bütün bunlar haqqında o, mediaya ünvanladığı şikayət məktubunda ətraflı yazıb: “Qızımla Fərid Cəfərli 2015-ci ilin sentyabrından tanışdılar. Onu görəndə anladım ki, bizlik deyil. 2015-ci ilin dekabrında bizə gəlmişdi, içkili idi. Dedim ki, get, valideynlərin gəlsin. Dəfələrlə ailəmizi, qızımı güdürdü. Ona görə də qızımı özüm aparıb-gətirirdim. 2016-cı il iyunun 24-də gecə saat 10-da evimizə basqın elədi. Qızımın otağında onu boğub öldürmək istəyirdi. Məni də itələdi, təpiklə vurdu. Azyaşlı oğlum qorxusundan stolun altına girmişdi. Qızımın telefonunu da götürüb getdi. Həmin gecə anasına zəng elədim, olanları danışdım. Təxminən iki saat sonra atası gəldi, heç bir reaksiya vermədi. Sanki heç nə olmayıbmış. Ertəsi gün qızım intihara cəhd elədi, özünü zəhərləmişdi. Təcili Tibbi Yardım vasitəsilə tez xəstəxanaya çatdırdıq, həkimlərin sayəsində xilas etmək mümkün oldu. Orada da anasına zəng elədim. Özlərinə əziyyət verib xəstəxanaya da gəlmədilər. Sonradan valideynləri evə gəldilər. Sən demə, gəlişlərinin məqsədi bizi şantağ eləmək imiş. Atası şantaş elədi ki, əgər oğlumdan şikayətçi olsanız, əlimdəki şəkilləri yayacağam. Qızım bu şantaj qarşısında geri çəkildi, ərizəni geri götürdü”.
Sara Nəsibzadənin sözlərinə görə, bu hadisədən 6-7 ay sonra – 2017-ci il martın 2-də Fərid Cəfərli qızını zorla maşına basıb aparıb, ona işgəncə verib: “4-5 saat ərzində qızıma elə işgəncələr verib… Onu vəhşicəsinə döyüb. Bunu təsdiqləyən şəkilləri polisə də təqdim eləmişik. Biz hadisə ilə əlaqədar ərazi üzrə 41-ci polis bölməsinə müraciət elədik, oradan iş materialları istintaqa verildi. Hazırda iş Səbail Rayon Prokurorluğundadır. Üç həftədən çoxdur ki, ekspertiza keçirilib, hələ nəticəsi məlum deyil. Mənim ən çox narahat edən isə valideynlərinin bu dəfə də vəzifələrindən sui-istifadə edib, qızıma qarşı cinayəti ört-basdır etmələridir”.
Səbail Rayon Prokurorluğundan bildirilib ki, ekspertizanın rəyini gözləyirlər.

SOCAR rəsmisi qızın ailəsi ilə yanaşı, medianı da hədələyir

Sara Nəsibzadənin şikayət məktubunda göstərdiyi iddialarla əlaqədar Ramil Cəfərovla əlaqə saxladıq. Ramil Cəfərov araşdırmaların gedişinə müdaxilə etməsi, oğlunu cəzadan yayındırmaq cəhdlərinə dair iddialarla bağlı suala belə cavab verdi: “Siz prokurorluqdan soruşun görək, biz istintaqın işinə müdaxilə edirik, yoxsa yox”.
Ramil Cəfərovla danışıq zamanı o da məlum oldu ki, Sara Nəsibzadə olanlarla əlaqədar SOCAR rəhbərliyinə də məktub göndərib: “SOCAR-a yazdığı məktubu mənə göstərdilər, bildim ki, orada nə yazıb. Mən nə bilim ki, sizə məktubunda nə yazıb, zəng eləmisiz mənə…”
Ramil Cəfərov şikayətçinin məktubunu araşdırdığına görə medianı hədələməyi də özünə borc bilib: “Ümumiyyətlə, siz niyə müdaxilə edirsiz? Sizin bunu yazmağınız istintaqa müdaxilədir. Cinayət tərkibi yaradır. Sizinlə bağlı araşdırma apararam, lazımi tədbir görülər”.
Ramil Cəfərov bilmir ki, problemi, o cümlədən oxucu məktublarını araşdırmaq medianın birbaşa vəzifəsidir.

GX
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda gənc müəllimi qaçırıb zorladılar

    Azərbaycanda gənc müəllimi qaçırıb zorladılar ...

    12-05-2016, 16:52

  • 
  • Azərbaycanda gənc müəllimi qaçırıb zorladılar

    Azərbaycanda gənc müəllimi qaçırıb zorladılar ...

    12-05-2016, 16:55

  • 
  • Bakıda 4 yaşlı qız əmisi tərəfindən zorakılığa məruz qaldı

    Bakıda 4 yaşlı qız əmisi tərəfindən zorakılığa ...

    12-08-2013, 10:30

  • 
  • Bakıda vəzifəli şəxsin qızına təcavüz oldu

    Bakıda vəzifəli şəxsin qızına təcavüz oldu ...

    21-07-2014, 12:25

  • 
  • Bakıda 22 yaşlı qız zorlandı

    Bakıda 22 yaşlı qız zorlandı ...

    15-07-2013, 23:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (266)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu