İyunun 1-də Azərbaycanda olan xarici vətəndaşlara sim-kartların sadələşdirilmiş satış sisteminin müddəti başa çatıb.
gundemxeber.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.
Mobil nömrələrin sadələşdirilmiş satış sistemi IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar turistlərin və yarış iştirakçıların mobil rabitədən istifadəsi zamanı problem yaranmaması üçün aprelin 15-dən iyunun 1-dək fəaliyyət göstərirdi.
Söhbət xarici vətəndaşlar üçün nəzərdə tutulan müəyyən sayda Prepaid Sim-kartlardan gedir. Bu nömrələrin istismar müddəti 30 gün təşkil edirdi.
Sorğu
Yeni dizaynımız necədir?