Eyni avtomobil üçün ehtiyyat hissələrinin qiyməti biri-birindən 2-3, hətta 5 dəfəyə qədər fərqlənir.
gundemxeber.az bildirir ki, original və müxtəlif firmaların ehtiyat hissələri olan belə mallar, sürücülərin çaşğınlıqına səbəb olur. Ustalar isə sürücüləri diqqətli olmağa çağırır.
Eyni ehtiyat hissələri arasındakı qiymət fərqi o qədərdir ki, birinin qiymətinə digərindən 5 ədəd almaq olar. Bu detalları fərqləndirən ən əsas xüsussiyyət isə birinin avtomobilin öz zavodunun, digərinin isə müxtəlif firmaların istehsalı olmasıdır.
Satıcılar bildirir ki, sürücülər əsasən qiyməti ucuz olduqu üçün original olmayan ehtiyat hissələrinə üstünlük verirlər. Avtomobil ustaları isə bunu doğru saymır. Onların sözlərinə görə, firma malının keyfiyyəti original malın keyfiyyətindən aşağı olur, bu isə avtomobilin digər hissələrinin də sıradan çıxmasına səbəb olar bilir.
Original olmayan ehtiyat hissələri tez xarab olduğu üçün sürücülər ilə usta və ya ehtiyyat hissələri satıcıları arasında mübahisələrin yaşanmasına da səbəb olur. /xezerxeber.az
Sorğu
Yeni dizaynımız necədir?