GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakı Media Mərkəzinin inzibati binasının rəsmi açılış mərasimi olub

Bakı Media Mərkəzinin inzibati binasının rəsmi açılış mərasimi olub

Tarix: 3-06-2017, 10:00 Bölmə :Cəmiyyət Baxış: 444
Bakı Media Mərkəzinin inzibati binasının rəsmi açılış mərasimi olub


İyunun 2-də Bakı Media Mərkəzinin inzibati binasının rəsmi açılış mərasimi olub.

gundemxeber.az Trend-ə istinadən bildirir ki, mərasimdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.

Azərbaycanın media sahəsində yeni və innovativ şirkəti olan Bakı Media Mərkəzi 2013-cü ildən fəaliyyət göstərir. Şirkət ötən müddətdə istər dövlət qurumlarının, istərsə də ayrı-ayrı təşkilatların sifarişi üzrə ən müasir texnologiyalar əsasında çoxsaylı audio-videomateriallar hazırlayaraq təqdim edib, müxtəlif videoçarxlar hazırlayıb, tanınmış yayım şirkətlərinə materiallar ötürüb, Azərbaycanın gözəlliklərinin fotosalnaməsini yaradıb.

Bu qurumun inzibati binasının istifadəyə verilməsi ilə Bakı Media Mərkəzi fəaliyyətini daha da genişləndirəcək və təkmilləşdirəcək.

Açılış mərasiminə toplaşan qonaqları salamlayan Bakı Media Mərkəzinin prezidenti Arzu ƏLİYEVA dörd ildir fəaliyyət göstərən bu qurumun uğurlu irimiqyaslı layihələr həyata keçirdiyini bildirdi. "Əminəm ki, biz gələcək uğurlarımızı, nailiyyətlərimizi qeyd etmək üçün bir daha bu gözəl binada görüşəcəyik", - deyə Bakı Media Mərkəzinin prezidenti vurğuladı.

İnformasiyanın ötürülməsində sosial medianın və internet resurslarının artan rolundan danışan Bakı Media Mərkəzinin direktoru Orman ƏLİYEV bu qurumun Arzu Əliyevanın rəhbərliyi ilə ötən dörd il ərzində bir sıra maraqlı və yaddaşlarda qalan beynəlxalq miqyaslı layihələr həyata keçirdiyini qeyd etdi. O vurğuladı ki, Bakı Media Mərkəzində peşəkar komanda formalaşıb və onlar ən müasir avadanlıqlarla təchiz ediliblər.

Sonra Bakı Media Mərkəzinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.

Bakı Media Mərkəzi birinci Avropa Oyunlarının, Bədii Gimnastika üzrə 30-cu Avropa çempionatının, Formula-1 yarışlarının, artıq ənənə şəklini almış "Tour d'Azerbaidjan" turnirlərinin, IV İslam Həmrəyliyi Oyunlarının çəkilişlərində və yayımında bu sahədə kifayət qədər təcrübəsi olan Avropa şirkətləri ilə çiyin-çiyinə işləməklə öz potensialını nümayiş etdirə bilib.

Bakı Media Mərkəzinin binasının foyesində qoyulan "Dream" əsərinin müəllifi, rəssam Rəşad Mehdiyev Azərbaycanda mədəniyyət və incəsənət sahəsinə göstərilən dövlət dəstəyindən danışdı, Heydər Əliyev Fondunun mədəni irsimizin dünyada təbliği ilə bağlı gördüyü işlərdən ətraflı bəhs etdi. Rəssam vurğuladı ki, Bakı Media Mərkəzi fəaliyyətə başladığı gündən yaradıcı insanlara dəstək olur və onlara geniş imkanlar yaradır. Bu amildən ruhlanaraq "Dream" əsərini yaratdığını deyən rəssam gələcəkdə belə layihələrin davamlı olacağına əminliyini ifadə etdi və bu layihəyə dəstəyə görə Arzu Əliyevaya minnətdarlığını bildirdi.

Sonra "Dream" əsərinin açılışı oldu.

Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva və rəssam Rəşad Mehdiyev əsərin üzərindəki ağ örtüyü götürdülər.

Bu əsər güclü ruhlu qadın obrazını canlandırır. Daş plastikası üsulu ilə yaradılan əsərdə qədim tarix və müasirlik vəhdət təşkil edir.

Orijinal üslubda inşa edilən Bakı Media Mərkəzinin binası iki il ərzində ərsəyə gəlib. Binada avadanlıqların nümayiş olunduğu və saxlanıldığı bazalar, foto və videoçəkiliş pavilyonları, işıq avadanlığı üçün xüsusi anbarlar yaradılıb. Mərkəzin montaj otaqları, səsyazma studiyaları və arxivi də müasir texnoloji avadanlıqla təmin edilib. Bakı Media Mərkəzinin həyətindəki qapalı depo xüsusi çəkiliş maşınları və avadanlıqları üçün nəzərdə tutulub.

Bir sıra beynəlxalq müsabiqələrin mükafatlarına layiq görülən Bakı Media Mərkəzi Heydər Əliyev Fondunun sifarişi ilə maraqlı sənədli filmləri də tamaşaçıların ixtiyarına verib. Bir neçə il əvvəl Fransanın C&C şirkəti ilə birlikdə hazırlanan "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" adlı sənədli filmi "National Geographic" kimi dünyaca məşhur kanalda 26 dildə yayımlanaraq, Azərbaycan neftinin İkinci Dünya müharibəsi illərində rolu barədə 26 ölkədə kifayət qədər aydın təsəvvür yarada bilib. Azərbaycan Xalq Cümhuriyyətinin Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Paris Sülh Konfransına göndərdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən "Əbədi ezamiyyət" sənədli-bədii filmi də böyük tamaşaçı rəğbəti qazanıb. Film ingilis və fransız dillərinə də tərcümə olunub. Azərbaycanda "Multikulturalizm İli"nə həsr olunmuş "Bir günəş altında" filmi isə 6 xarici dilə tərcümə olunub ki, multikulturalizmin Azərbaycan modeli barədə Avropa ölkələrində geniş təəssürat yarada bilsin.

Bu filmlərin hamısı Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüserliyi ilə həyata vəsiqə qazanıb.

Sonda xatirə şəkli çəkdirildi.

Bakı Media Mərkəzinin inzibati binasının rəsmi açılış mərasimi olub
Bakı Media Mərkəzinin inzibati binasının rəsmi açılış mərasimi olub
Bakı Media Mərkəzinin inzibati binasının rəsmi açılış mərasimi olub
Bakı Media Mərkəzinin inzibati binasının rəsmi açılış mərasimi olub
Bakı Media Mərkəzinin inzibati binasının rəsmi açılış mərasimi olub
Bakı Media Mərkəzinin inzibati binasının rəsmi açılış mərasimi olub
Bakı Media Mərkəzinin inzibati binasının rəsmi açılış mərasimi olub
Bakı Media Mərkəzinin inzibati binasının rəsmi açılış mərasimi olub
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda UEFA U-17 Avropa çempionatın açılış mərasimi keçirilib

    Bakıda UEFA U-17 Avropa çempionatın açılış ...

    6-05-2016, 02:32

  • 
  • Avropa çempionatının Açılış Mərasimi başlad

    Avropa çempionatının Açılış Mərasimi başlad ...

    6-05-2016, 02:03

  • 
  • Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Bakı Marafonu 2016"da iştirak edir

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ...

    1-05-2016, 11:54

  • 
  • Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva gözdən əlillər üçün yeni yaşayış binasının açılışında iştirak ediblər

    Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ...

    24-12-2015, 15:24

  • 
  • Prezident İlham Əliyev və xanımı Yasamal Yaşayış Kompleksində ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasiminə qatılıblar

    Prezident İlham Əliyev və xanımı Yasamal Yaşayış ...

    24-12-2016, 11:27


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu