İstintaq sirri olduğu üçün artıq heç nə deyə bilmirəm''
İyunun 14-də jurnalist Şahvələd Çobanoğlu Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsində ifadə verib.
O, AXCP sədrinin müavini Gözəl Bayramlının işi ilə bağlı dindirilib.
Məlumatı mətbuata Şahvələd Çobanoğlu verib. Bildirib ki, onu müstəntiq Ramiz Alverdiyev dindirib və proses 2 saat yarım davam edib:
“İstintaq sirri olduğu üçün detallara varmayacam, çünki iltizam alıblar. Ancaq mən Gözəl xanımın qanunsuz addım atmadığına inanıram. Bir də öz fəaliyyətimlə bağlı ümumi suallar verildi”.
Gözəl Bayramlı mayın 25-i Gürcüstandan Azərbaycana gələrkən saxlanıb. Qaçaqmalçılıqda ittiham edilən xanım siyasətçinin əşyaları arasında 12 min dollar tapıldığı iddia edilir. Ancaq istintaq gedişində 3 aylıq həbs edilən G.Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları onun əşyaları arasına atıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?