Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yasamal rayonu Bəsti Bağırova küçəsi ilə (İnşaatçılar prospekti ilə Cəfər Cabbarlı küçələrinin arası) avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən (30 iyun) etibarən qismən məhdudlaşdırılacaq.
"Azəravtoyol" ASC-dən Milli.Az-a verilən məlumata görə, sözügedən keçədə məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə olacaq.
"Azəravtoyol" yarana biləcək narahatlığa görə vətəndaşlardan öncədən üzr istəyir.
Sorğu
Yeni dizaynımız necədir?