Dövlət orqanlarında yardımçı vəzifələrə - kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və s. vəzifələr üzrə dövlət qulluğuna qəbul edilmək üçün müsabiqənin keçirilməsi ləğv edilir.
Bunu Dövlət İmtahan Mərkəzinin Aparatının (DİM) Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov deyib.
Onun sözlərinə görə, dövlət orqanlarında yardımçı vəzifələr üzrə dövlət qulluğuna qəbul edilmək üçün müsabiqə keçirilməyəcək. Bununla bağlı "Dövlət qulluğu haqqında" qanuna yenidən dəyişiklikllər edilib.
Yeni dəyişikliklərə uyğun olaraq, artıq dövlət orqanlarında yardımçı vəzifələr üzrə işləmək istəyənlər dövlət qulluğuna qəbul üçün tələb olunan mərhələlərdən - test imtahanı və müsahibə mərhələsindən keçməyəcəklər və həmin vəzifələr yardımçı - texniki vəzifələr olduğundan bu vəzifələrə qəbul üçün müsabiqə keçirilməyəcək. Buna görə də yardımcı vəzifə üzrə işə yenidən adi qaydada qəbul aparılacaq.
Qeyd edək ki, "Dövlət qulluğu haqqında" qanuna edilmiş bundan əvvəlki dəyişikliklərə görə, yüksək kateqoriyalı dövlət orqanları da daxil olmaqla, dövlət orqanlarında yardımçı vəzifələr, yəni kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və s. vəzifələr üzrə dövlət qulluğuna qəbul edilmək üçün namizədlər müsabiqədə iştirak etməli idilər./Trend/
Sorğu
Yeni dizaynımız necədir?