GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ordumuzdan düşmənə zərbə - Alxanlıya görə ilk qisas aktı

Ordumuzdan düşmənə zərbə - Alxanlıya görə ilk qisas aktı

Tarix: 8-07-2017, 10:14 Bölmə :Cəmiyyət Baxış: 427
Ordumuzdan düşmənə zərbə - Alxanlıya görə ilk qisas aktı


İşğalçı itkilərini açıqlamağa başladı; hərbi ekspert: “Ermənilər çox böyük səhvə yol verdilər”

Gündəm xəbər Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata istinadən bildirir ki, Ermənistan tərəfindən məqsədyönlü şəkildə yenidən planlaşdırılan təxribatın qarşısının və Alxanlı kəndində həlak olan dinc sakinlərin qisasının alınması üçün iyulun 7-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vurub: “Cəbhənin Füzuli-Xocavənd istiqamətindəki qoşunlarımızın həyata keçirdiyi bu fəaliyyət nəticəsində, ilkin məlumata görə, düşmənin tabor mərkəzinə daxil olan bölmələrin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq bərpa olunmaz vəziyyətə salınıb. Dinc əhaliyə və şəxsi heyətə qarşı düşmənin istənilən fəaliyyətinin qarşısını dərhal almaq və onun atəş nöqtələrinə cavab zərbələri endirmək məqsədilə qoşun növləri və qismləri döyüş tətbiqi üçün hazır vəziyyətə gətirilib. Hazırda bütün cəbhə boyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır”.

Artıq düşmən bəzi itkilərini etiraf edib. Məlumata görə, təmas xəttində Ermənistan ordusunun daha 3 hərbçisi yaralanıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Azərbaycan ordusunun artilleriya zərbələri zamanı Qaqik Badalyan (1998), Karen Arutunyan (1997) və Robert Qasparyan (1969) xəsarət alıb. Onlardan 2-sinin vəziyyətinin ağır olduğu bildirilir.
Azərbaycanın Alxanlı cinayətini cavabsız qoymayacağını Ermənistanın himayədarları da yaxşı anlayır. “Azərbaycan cəbhədə fəallığını daha da gücləndirəcək. Ölən qadın və uşağın qisasının alınması üçün Bakı diversiya qruplarını da hərəkətə keçirəcək”. Axar.az xəbər verir ki, bu barədə “Vesti-Kavkaza” saytında yayımlanan analitik-məqalədə bildirilib. Qeyd edilir ki, bir müddət Azərbaycan-Ermənistan cəbhə xəttində nisbi sakitlik olmayacaq. Keçən ilin aprel döyüşlərindəki təcrübə əyani göstərdi ki, öz mülki vətəndaşlarının qətlinə Azərbaycan sərt cavab vermək gücündədir.

2016-cı ilin aprelində ermənilərin atəşkəsi pozması nəticəsində bir neçə dinc sakin həlak oldu, 1994-cü ilin barışığından sonra da münaqişənin güclü eskalasiyası oldu, nəticədə Azərbaycan ordusu ermənilərə ağır zərbə endirdi. Görünən budur ki, erməni hərbi qulluqçuları indi maksimal döyüş hazırlığı vəziyyətindədir, çünki uğursuzluğun riski böyükdür. Əgər hadisələr yumşaq ssenari üzrə davam etsə, bütün cəbhə xətti boyu ermənilərə snayperlərdən zərbələr vurulacaq, ən sərt ssenari isə erməni ordusunun mövqelərinə artilleriya zərbələrinin endirilməsi, həmçinin mümkün hücum tədbirlərinin görülməsindən ibarət olacaq.

Image result for Üzeyir Cəfərov


Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, bu gün bəlkə də son illərin ən gərgin və ən əsəbi günlərini yaşayırıq: “Mənfur düşmənin Füzulinin Alxanı kəndinə qarşı istifadə etdiyi vəhşilik və bunun da nəticəsində iki nəfər silahsız, günahsız vətəndaşımızın faciəli ölümü və bir nəfərin də ağır bədən xəsarətləri alması kiçikdən tutmuş ölkə rəhbərliyinə kimi hamıya dərindən təsir edib və kədərləndirib. Əslində biz düşmənin nankor olduğunu hər zaman qeyd etmişik. Amma onların mülki əhaliyə qarşı bu cür vəhşilik törədəcəyini o qədər də ciddiliyə almırdıq. Çünki bizim də onların vətəndaşlarına qarşı belə addımları atmağa dəfələrlə imkanlarımız olub, amma biz belə yaramazlığa və alçaqlığı getməmişdik. Ermənilər növbəti dəfə özlərinin əsl iç üzlərini göstərdilər. Biz gərək bunların ”dərs"lərini 2011-ci ildə o vaxt faciəli şəkildə erməni hərbçiləri tərəfindən atılan silahlardan həyatlarını itirən Fariz Bədəlov və milliyyətcə azərbaycanlı olan, Rusiya vətəndaşı Aygün Şıxmaliyevə qarşı vəhşilik edəndə verəydik. Amma çox təəssüf ki, bir çox vacib şeyləri unutduğumuz kimi, bu ürəkdağlayan hadisələr də bir müddətdən sonra unuduldu və sonra da demək olar ki, yaddaşlardan çıxdı. İndi də bu yaramazlar əvvəlcədən bildikləri halda ki, Alxanlı kəndində heç bir silahlı birləşməmiz yoxdur və bu kəndlə ön xətt arasında məsafə kifayət qədərdir, onlar məqsədyönlü şəkildə oraya ağır artilleriya mərmiləri atdılar və məlum faciə baş verdi".

Hərbi ekspert düşmənin Alxanlı cinayətinin cavabını aldığını dedi və bundan sonra da alacağını bildirdi: “Sözsüz ki, Ermənistan bunun bədəlini artıqlaması ilə ödəməlidir və ödəyəcək. Bu dəfə hesab edirəm ki, ermənilər çox böyük, onlar üçün faciəvi səhvə yol verdilər. İndi Azərbaycan cəmiyyəti israrla düşməni sərt və amansız formada cəzalandırmağı tələb edir. Və onlar haqlı olaraq tələb edirlər ki, biz düşmənin budəfəki addımlarına cavab verməsək, bundan sonra da bu yaramazlar başqa addımlara əl atacaqlar. Düşünmürəm ki, yaxın saatlarda aktiv döyüş əməliyyatları başlasın. Lakin düşmən etdiyi vəhşiliklərə görə cəzalandırılacaq və şəxsən mən bunu gözləyənlərdən biriyəm. Silahlı qüvvələrimiz də tam hazır vəziyyətdədir. Onlar onsuz da gecə-gündüz torpaqlarımızın yağı düşməndən azad edilməsi üçün yuxarı komandanlığın əmrini gözləyirlər və bu əmr də istənilən an verilə bilər. Mən də hesab edirəm ki, iyulun 11-də Avstriyada iki ölkə xarici işlər nazirlərinin görüşündən sonra Azərbaycan tərəfi düşmənlə bundan sonra təmaslarına bir qədər ara verməlidir. Ən azından o vaxta kimi ki düşmən işğalçılıq siyasətindən əl çəkməyə hazır olduğunu rəsmən bəyan etsin və praktiki addımlar atsın. Əks halda, bütün bu danışıqlar və mənasız görüşlər yalnız və yalnız vaxt itkisinə və düşmənin daha da azğınlaşmasına hesablanmış siyasi hoqqabazlıqlardır. Bu cür çirkin hərəkətlərə son verməyin zamanıdır. Azərbaycan bu günə kimi kifayət qədər səbr və dözüm nümayiş etdirib, bundan sonra isə əməli addımların, münaqişənin ölkəmizin ərazi bütövlüyü və tam şəkildə suverenliyinin bərpa edilməsi istiqamətində həllini tələb etməli və buna nail olmalıdır. Beynəlxalq qurumlar da Azərbaycan xalqından üzr istəyərək gedib öz işləri ilə məşğul olmalıdır. Onlar özlərinin necə aciz və gücsüz olduqlarını bu 20 ildən artıq müddətdə sübut etdilər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ordumuzdan ermənilərə ağır zərbə - Düşmənin xeyli canlı qüvvəsi məhv edildi

    Ordumuzdan ermənilərə ağır zərbə - Düşmənin xeyli ...

    7-07-2017, 16:56

  • 
  • Ordumuzdan sarsıdıcı zərbə: ermənilər xeyli itki verdi

    Ordumuzdan sarsıdıcı zərbə: ermənilər xeyli itki ...

    5-03-2016, 13:33

  • 
  • Xocavənd - Füzuli istiqamətində düşmənə ağır zərbə-SON DƏQİQƏ

    Xocavənd - Füzuli istiqamətində düşmənə ağır ...

    4-04-2016, 23:06

  • 
  • Ermənilər Alxanlını atəşə tutdu - 2 dinc sakin öldü, xeyli ziyan var - YENİLƏNİB

    Ermənilər Alxanlını atəşə tutdu - 2 dinc sakin ...

    5-07-2017, 18:05

  • 
  • Son iki gündə itkilərimiz - VƏTƏN SAĞ OLSUN!

    Son iki gündə itkilərimiz - VƏTƏN SAĞ OLSUN! ...

    5-04-2016, 09:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu