Bakıda məscidə hücum edən şəxslər saxlanılıb. Gündəm xəbər APA-ya istinadən xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, Təzəpir məscidində bu gün günorta namazı qılınan zaman iki nəfər məscidə girib. Onlardan birinin əlində qılınc, digərinin əlində isə dini bayraq olub. Məsciddə olan şəxslər dərhal polis əməkdaşlarına məlumat veriblər. Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər saxlanılıb. Onların Yaşar Əliqulu oğlu Cahangirov və Əfqan Elman oğlu Aydınov olduğu müəyyən edilib. Həmin şəxslər istintaqa təhvil veriliblər. Hazırda faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, hadisə barədə ilk olaraq "Bakıpost" məlumat yayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?