GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Tağı Əhmədovun korrupsiya pullarını hara xərcləyib? - İlginc dosye

Tağı Əhmədovun korrupsiya pullarını hara xərcləyib? - İlginc dosye

Tarix: 18-07-2017, 11:09 Bölmə :Cəmiyyət Baxış: 414
Tağı Əhmədovun korrupsiya pullarını hara xərcləyib? - İlginc dosye


200 milyon dollarlıq korrupsiya faktları ortalıqda; metropolitenin sabiq rəisi sualları dinləyib susur...

Keçmiş MTN generalı Akif Çovdarov məhkəmədə YAP-ın Yasamal təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun korrupsiya əməlləri barədə son dərəcə ilginc və detallı məlumatlar açıqlayıb.

A.Çovdarovun açıqladığı faktlara T.Əhmədov ümumi sözlərlə münasibət bildirib, yalan olduğunu deyib. Amma bu da mümkün olmayıb. Mövzu günlərdir ki, gündəmdədir.

Bu arada mətbuatda T.Əhmədovun korrupsiya pullarını hara xərcləməsi haqda vaxtilə gündəmdə olan məlumatlar yenidən yayılıb. Gununsesi.info yazır ki, Tağı Əhmədov metropoliten rəisi olduğu zaman təkcə MTN tərəfindən “yüklənməyib”. “Yeraltı dünya”nın sahibi kimi ölkədə ad çıxaran Tağı Əhmədovu üzv olduğu hakim Yeni Azərbaycan Partiyası və hökumətin digər strukturları da xeyli xərcə salıb. Belə ki, YAP-in kifayət qədər bahalı olan Yasamal təşkilatının inzibati binasının xərcinin Tağı Əhmədova ödətdirildiyi bu xəbərlər sırasındadır. Bundan başqa, sabiq metropoliten rəisi Yasamal rayonunda 3 dairə seçki komissiyası üçün inzibati bina inşa etdirib. 15 saylı Yasamal birinci, 16 sayli Yasamal ikinci və 17 saylı Yasamal üçüncü seçki dairələrinin yeni binasını da Tağı Əhmədov inşa etdirib. Həmçinin Tağı Əhmədovun “yüklənməsi” bunlarla bitməyib. Xəbərə görə, Tağı Əhmədov Yasamal rayonundakı bir neçə orta məktəb və poliklinikanın inşa xərclərini də ödəyib.


Sayt mənbələrinə istinadən yazır ki, Tağı Əhmədov Yasamalda həmin tikinti işlərini maliyyələşdirdiyi dövrdə rayonunun qeyri-rəsmi kuratoru olub.
Tağı Əhmədov barəsindəki iddialarla bağlı sualı dinləyib və dərhal telefonu qapadıb.

Yada salaq ki, A.Çovdarov T.Əhmədovun fəaliyyətini “yuxarıdan” verilən göstərişlə araşdırdıqlarını açıqlamışdı. “Biz araşdıranda məlum oldu ki, metro stansiyalarının çıxışlarında 1200 obyekt var. Onlar 2007-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyətinin balansında olub, sonradan Bakı Metropoliteninin balansına keçib. Həmin obyektlərin aylıq icarəsi 200 dollardan başlayaraq, 3 min dollara qədər olub. Yəni obyektin həcmindən, yerindən asılı olaraq. Onlardan 3 aylıq icarə haqqı əvvəldən alınıbmış. Yeni rəhbərlik də gələn kimi o obyektləri ləğv eləmişdi. Ona görə də adamlar pullarını tələb edirdilər. Həmin obyektlər də Tağı Əhmədovun hakim oğlu Rauf Əhmədovun yaxın dostları arasında bölüşdürülmüşdü. Tağı Əhmədov burada dindiriləndə deyir ki, ildə obyektlərin icarəsindən yığılan 120 min manat pulu verib dövlətə. Əgər 1200 köşkün icarəsi 120 min edirsə, belə çıxır ki, hərəsini 8 manat 50 qəpiyə icarəyə vermişdi? Halbuki adamlardan alınmış 3 aylıq icarə pulu 5 milyondan çox idi", - Akif Çovdarov bildirib.

MTN generalı demişdi ki, bu faktı üzə çıxarandan sonra məsələni yenə dövlət rəhbərliyinə məruzə eləyiblər. Bu dəfə metropolitenin fəaliyyəti ilə bağlı detallı araşdırma aparmaq haqda göstəriş verilib. Bu zaman metropolitendə quraşdırılmış aparatların hər dörd jetondan birini qeydə almaması üzə çıxıb: “Məlum oldu ki, metropoliten hər il dövlətdən subsidiya aldığı halda, bu qədər gəlir Tağı Əhmədovun cibinə gedirmiş”.

Çovdarovun sözlərinə görə, bu məlumatların bəzilərini Tağı Əhmədovun qardaşı oğlu Şövqi Əhmədovdan alıblar: “Ona görə də Tağı Əhmədov qardaşı oğlundan imtina edib”.

A.Çovdarovun sözlərinə görə, agentura vasitəsilə T.Əhmədovun 11 milyonluq daha bir mənimsəmənin üstünü açıblar: “Təzə vaqon adı ilə Moskvadan işlənmiş vaqon alıb, rəngləyiblər, bununla da 11 milyondan çox dövlət vəsaiti mənimsənilib”.

Həbsdəki general T.Əhmədovun dəqiqləşdirə bildikləri əmlaklarının siyahısını da açıqlamışdı: “Metronun ”Sahil" stansiyasının üstündəki binada 4 mənzil, “Yeni Həyat” yaşayış kompleksində 4 mənzil, Neft Akademiyasının əsas korpusu ilə üzbəüzdə 7-8 dükan, Bakıda 6-7 bağ evi, Yasamal Rayon Məhkəməsinin yeni binasının yaxınlığındakı “Kolizey” və “Şəhrizad” restoranları, Dubayda elit yaşayış kompleksində yerləşən otelin 3 mərtəbəsi, yenə də Dubayda böyük bir ticarət mərkəzi. Moskvada metro çıxışında 5 milyona 120 kvadratmetrlik dükan alıb, icarəyə verib".

A.Çovdarov demişdi ki, araşdırma zamanı Tağı Əhmədovun təkcə “Texnikabank”da 13 milyon dollar pulu aşkarlanıb: "“Bank of Baku”da və “Unibank”da da hesabları olub. “Texnikabank” bağlanandan sonra öz hesabından 9 milyon çıxarıb offşora köçürüb. Qalan 4 milyonu da Ruslan Əhmədov müxtəlif qohumlarının adına 30-50 min köçürüb. Onlar da pulu çıxarıb, Ruslana veriblər. Əlimizdə kamera görüntüləri də var idi. Tağı Əhmədov və yaxınlarının hesablarında 21 milyon pul müəyyən edildi".

A.Çovdarov T.Əhmədovun ümumilikdə 200 milyon dollarlıq korrupsiya cinayətindən bəhs etmişdi./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tağı Əhmədovun oğlu istintaqa Akif Çovdarov haqda nə deyib – sensasion təfərrüat

    Tağı Əhmədovun oğlu istintaqa Akif Çovdarov haqda ...

    5-05-2016, 15:06

  • 
  • Devalvasiya Tağı Əhmədovun milyonlarını “vurdu”

    Devalvasiya Tağı Əhmədovun milyonlarını “vurdu” ...

    18-02-2016, 22:48

  • 
  • Tağı Əhmədovun həyat yoldaşı milyonlarla dollar dəyərində sərvət iddiasından danışdı

    Tağı Əhmədovun həyat yoldaşı milyonlarla dollar ...

    13-07-2017, 13:15

  • 
  • Tağı Əhmədov: "Akif Çovdarovun mənimlə bağlı açıqlamalarını rədd edirəm"

    Tağı Əhmədov: "Akif Çovdarovun mənimlə bağlı ...

    15-07-2017, 13:09

  • 
  • Tağı Əhmədovun batan 11 milyonu - dəyirmanın suyu hardan gəlir?

    Tağı Əhmədovun batan 11 milyonu - dəyirmanın suyu ...

    27-04-2016, 17:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu