GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Dövlət universitetlərinin təhsil haqlarında artım olacaqmı? - Siyahı

Dövlət universitetlərinin təhsil haqlarında artım olacaqmı? - Siyahı

Tarix: 21-07-2017, 16:43 Bölmə :Cəmiyyət Baxış: 460
Dövlət universitetlərinin təhsil haqlarında artım olacaqmı? - Siyahı


Dövlət universitetlərinin təhsil haqlarında artım olacaqmı? Azərbaycanda 2017-2018-ci tədris ilinin başlanmasına təxminən 2 ay vaxt qalıb

İyulun 29-dan isə ixtisas seçimi başlayır. İxtisas seçimi ərəfəsində dövlət ali məktəbləri arasında sorğu keçirirək təhsil haqlarında artım olub-olmadığını öyrəndik. Məlum olub ki, dövlət universitetləri arasında Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil haqları artıb.

Bakı Dövlət Universitetindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, yeni tədris ili üçün cüzi artım nəzərdə tutulub: “Bəzi ixtisaslarda təxminən 100-200 manat artım var. O da müəyyən dövrü tənzimləmələr üçündür. Yəni, kütləvi şəkildə artım müşahidə edilməyəcək. Artım əsasən bakalavr pilləsində olacaq. Ümumi qiymətlərə gəlincə, təhsil haqları 1600-4800 manat arasında dəyişir”.

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2017-2018-ci tədris ili üçün ötən illə müqayisədə 300-500 manat arası artım qeydə alınıb: “Müasir dövr üçün daha çox tələb olan ixtisaslarda təhsil haqqı 1800 manatdır. Digər ixtisaslarda təhsil haqqı 1600 manatdır”.

Azərbaycan Tibb Universitetində müalicə işi və stomatologiya ixtisaslarında təhsil haqqı 3000, əczaçılıq və tibbi profilaktikada 2000 manatdır. Yəni, yeni tədris ilində ödəniş haqlarında artım olmayacaq, təhsil haqları stabil qalacaq. Müalicə işində 635, hərbi həkim 105, tibbi profilaktika 80, stomatologiya 100, əczaçılıq 75 tələbənin qəbulu nəzərdə tutulub.

Bakı Ali Neft Məktəbində təhsil pulsuzdur. Yeni tədris ili üçün ali məktəbdə 135 tələbə üçün ödənişsiz təhsil veriləcək. Onu da xatırladaq ki, yeni tədris ilindən məktəbin tələbələri yeni istifadəyə verilən kampusda öz təhsillərini davam etdirəcəklər.

Bakı Slavyan Universitetində 2016-2017-ci illər üçün təhsil haqlarının məbləği azaldılıb. Yeni tədris ili üçün isə hələlik məbləğlərdə dəyişiklik yoxdur. Təhsil haqları 1400-2000 manat arasında dəyişir. Bütün fakültələr üzrə 1085 tələbə qəbulu nəzərdə tutulub. Bunun 750 nəfəri Azərbaycan bölməsi üzrə (əyani), 300 nəfəri isə rus bölməsi üzrə (əyani) planlaşdırılır. Azərbaycan bölməsində 15 nəfər, rus bölməsində 20 nəfər tələbənin qiyabi təhsil alması nəzərdə tutulub.

Azərbaycan Dillər Universitetində təhsil haqqı 1000-2500 manat arasındadır: “Bir neçə ildir belədir və bu il də dəyişməyəcək. Bu tədris ili üçün 1400 bakalavr, 310 magistr qəbulu nəzərdə tutulur”.

Azərbaycan Texniki Universitetində (AzTU) 2017-2018-ci tədris ilində də ödənişli əsaslarla təhsil alanlar üçün təhsil haqqı sosial-iqtisadi vəziyyət nəzərə alınaraq müəyyənləşdirilib: “Universitetdə ödənişli əsaslarla təhsil alanların ödədiyi vəsait 1400-1800 AZN arasında dəyişir. Bu da öz növbəsində müafiq olaraq qiyabi təhsil üzrə 1400-1500 AZN, əyani təhsil üzrə 1700-1800 AZN təşkil edir. AzTU-ya növbəti tədris ili üçün tələbə qəbulunda ötən ilə nisbətən daha çox yer nəzərdə tutulub. Universitetin 9 fakültəsinə əyani və qiyabi təhsil üzrə ümumilikdə 2135 yer ayrılıb”.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2017/18-ci tədris ilində təhsil haqlarında heç bir dəyişiklik nəzərdə tutulmayıb: “Təhsil haqqı 1500-2600 manat arasında dəyişir. 2017/18-ci tədris ilində UNEC üçün təhsilin bakalavr pilləsində 3415, magistr pilləsində isə 1489 plan yeri ayrılıb. Zaqatala filialına isə 350 qəbul planı nəzərdə tutulub”.

Sumqayıt Dövlət Universitetində təhsil haqqında heç bir dəyişiklik gözlənilmir: “Əyani və qiyabi təhsil əvvəlki qaydada aparılacaq. Ötən illər qəbul qaydası necə aparılıbsa, bu ildə həmin qayda ilə aparılacaq. Qəbulda 1800-ə yaxın plan yeri nəzərdə tutulub. Təhsil haqqı 1900 -1300 manat arası dəyişir”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ödənişlə bağlı dəyişiklik nəzərdə tutulmayıb: “Yalnız qiyabi şöbədə 100 manat artım ola bilər. Təhsil haqları ixtisasdan asılı olaraq əyanidə 1600-1800, qiyabidə isə 1300-1500 manat arasındadır. Yeni tədris ili üçün qəbul üçün 2700 bakalavr yeri nəzərdə tutulub”.

Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasında da qiymət artımı nəzərdə tutulmayıb. Təhsil haqları müxtəlif ixtisaslara görə 1800-2000 manat arasında dəyişir.

Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil haqlarında dəyişikliklər yoxdur, ötən ilki qiymətlər qalır: “Belə ki, texniki ixtisaslarda - inşaat mühəndisliyi, ekologiya mühəndisliyi, meliorasiya və su təsərrüfatı mühəndisliyi, elektrik mühəndisliyi, neft-qaz qurğuları mühəndisliyi, torpaq, şəhər kadastrı və s. 1800 manat, iqtisadiyyat və memarlıqda isə 2300 manatdır”.

Mədəniyyət və İncəsənət Universitetində də qiymətlərdə heç bir dəyişiklik yoxdur. Belə ki, bakalavar pilləsi üzrə 1800, magist səviyyəsi üzrə isə 2000 manat təhsil haqqı müəyyən olunub./Report
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ölkənin ən pullu  məktəbləri bunlardır

    Ölkənin ən pullu məktəbləri bunlardır ...

    26-11-2013, 22:58

  • 
  • Azərbaycanda 100 mindən çox adam tələbə olmaq iddiasındadır

    Azərbaycanda 100 mindən çox adam tələbə olmaq ...

    19-05-2013, 00:02

  • 
  • Universitet müəllimlərinin əməkhaqqı artdı

    Universitet müəllimlərinin əməkhaqqı artdı ...

    24-02-2016, 12:41

  • 
  • Universitetə qəbul olanların qeydiyyatı sabahdan başlayır

    Universitetə qəbul olanların qeydiyyatı sabahdan ...

    19-08-2013, 11:26

  • 
  • 2015-ci ilin büdcəsinə görə, kimlərin maaşı artacaq?

    2015-ci ilin büdcəsinə görə, kimlərin maaşı ...

    28-11-2014, 00:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (290)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu