Bakıda 1 yaşlı uşaq binanın 3-cü mərtəbəsindən yerə yıxılıb.
Bədbəxt hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi bina 3 mənzil 37 ünvanında yaşayan 2016-ci il təvəllüdlü Əmənova Rüqayyə Elnur qızı evin pəncərəsindəki tora toxunarkən 3-cü mərtəbədən yerə yıxılıb. Uşaq ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir./report
Sorğu
Yeni dizaynımız necədir?