“Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan başçısı Serj Sarkisyanla ən azından görüşü nəzərdə tutulub. ATƏT-in Minsk Qrupunun həmsədrləri bildirib ki, bu il ərzində iki hadisə bizi gözləyir: birincisi prezidentlərin görüşü, ikincisi isə BMT Baş Məclisinin sessiyasında xarici işlər nazirlərinin görüşü”.
Bunu Ermənistanın 1in.am portalına müsahibəsİndə tanınmış politoloq, Rusiya Dövlət Humanitar Universitetinin regionşünaslıq və xarici siyasət kafedrasının müdiri Sergey Markedonov bildirib.
Sergey Markedonov qeyd edib ki, hazırda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılacaq danışıqlar prosesinin növbəti raundunun Minsk Qrupunun həmsədr ölkələrindən hansının təşkil edəcəyi önəmli məsələ deyil. Ekspert görüş keçirilsə belə, bunun nəticə verməyəcəyi qənaətindədir. O hesab edir ki, Qarabağ cəbhəsində növbəti gərginlik yaşanacaq.
“Görüş, danışıqlar prosesi nəyisə dəyişməyəcək. Biz yaxın vaxtlarda münaqişənin yeni kəskinləşməsini görəcəyik. Bu, eskalasiya da ola bilər. Bu, avqust-sentyabr ayında baş verə bilər. Ya da mümkündür ki, sentyabrda xarici işlər nazirlərinin Nyu-York görüşündən sonra olsun”-deyə o əlavə edib.
Politoloq bildirib ki, prezidentlərin Kazan görüşündən sonra aparılan danışıqlar effektiv deyildi.
Onun sözlərinə görə, keçirilən yeni görüşlərin hədəfi sadəcə olaraq danışıqlar prosesinə son verməmək, eskalasiyadan qaçmaq məqsədi güdüb.
Sergey Markedonov deyib ki, prezidentlərin növbəti görüşündən sonra yol xəritəsi hazırlanmalı və məzmunlu müzakirələr başlanmalıdır, lakin buna mane olan faktorlar var.
“Bəs buna nə mane olur? Təbii ki, cəbhə zonasındakı gərginlik. Tərəflər cəbhədəki atışmalardan sonra dərhal bir-birlərini ittiham etməyə başlayırlar, ictimai sferaya hansısa şübhələr salırlar. Hər iki tərəf deyir ki, qarşı tərəflə razılığa gəlmək mümkün deyilsə, sülhə nail olmaq çətindir. Vəziyyət bu templə davam etməsin deyə, tərəflər danışıqlar lazımdır. Dialoq vacibdir”.
Analitik qeyd edib ki, Azərbaycana cəbhədə Ermənistan ordusuna zərbələr endirməklə rəsmi Yerevana təzyiqləri artırmaq istəyir.
“Bakı hesab edir ki, Yerevana təzyiq göstərilsə, Ermənistan güzəştlərə gedəcək. Əgər belə olmayacaqsa, o zaman müharibə başlayacaq. Bu mesajlar həm də həmsədrlərə - Rusiyaya, Amerikaya, Fransaya və bir də Avropa Birliyinə ünvanlanır. Bakı deyir: “Axı siz müharibə istəmirsiniz, onda gəlin, Ermənistana təzyiq göstərək”. Azərbaycanın yanaşması belədir”.
Qeyd edək ki, ilin sonuna kimi Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir./modern.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?