İranın Azərbaycan əsilli ən məşhur müğənnilərindən biri olan Ququş (Faiqə Atəşin) özünün “İnstagram” səhifəsində bildirib ki, avqustun sonlarında Yerevanda konsert verəcək.
Sosial şəbəkədəki statusuna o, #finally – “nəhayət” və #historyinthemaking – “tarix yazılır” heşteqlərini əlavə edib. Ermənistanın “Past” nəşri yazır ki, bu, məşhur müğənninin postsovet məkanında ilk konserti olacaq. Lakin Yerevandan sonra Ququş Tbilisiyə yollanacaq. Qeyd olunur ki, artıq İrandan bir çox musiqisevər Karen Dəmirçiyan adına İdman-Konsert kompleksində keçiriləcək konserti izləyə bilmək üçün Yerevana gəlib. Konsertə baxa bilmək üçün onlar istənilən məbləği ödəməyə hazırdırlar. Konsertin biletlərinin qiyməti 75 dollardan 600 dollara qədərdir.
Artıq biletlərin, demək olar ki, hamısının satılıb qurtardığı deyilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?