Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov iyulun 7-də Lənkəran, Lerik, Yardımlı, Masallı və bölgənin digər rayonlarından gələn şikayətçiləri Astarada qəbul edib. Həmin müddətdən üç həftə vaxt keçir.
“Gündəm Xəbər” bildirir ki, Azadliq radiosu, nazirin qəbulunda olanların problemlərinin həll olunmasıyla bağlı araşdırma aparıb. Astara şəhər sakini Səttar Sultanov deyir ki, həmin günü qəbulda olub, lakin onu heç kim dinləməyib: “Şikayətə gələnləri Olimpiya Idman Kompleksinə yığmışdılar. Polis səfindən keçib zala girə bildim. Orda mənə dedilər ki, ünvanlı sosial yardımla bağlı şikayətləri nazir qəbul etmir. Mən onlara dedim ki, bəs nazir bura güləşməyə gəlib?” Səttar Sultanovun iki uşağı var, heç yerdə işləmir: “İş yoxdur, olsa işləyərəm. Hökumətə ağız da açmaram. 5-6 ay ünvanlı sosial yardım almışam. Gözlənilmədən kəsdilər. Səbəbini isə demirlər. Əsas nazir idi, nazir də gəldi – getdi. İndi ümidimiz qaldı Allaha”. Səttar Sultanovdan fərqli olaraq Ülvi Qəmbərov nazirin qəbul keçirtdiyi otağın qapısına qədər gələ bilib: Qapıda qarşımı kəsib dedilər ki, nazir ünvanlı sosial yardımlarla bağlı şikayətləri qəbul etmir. Dedim, əlimdə kart var, onu da mənə nazirlik verib. Bəs bu kartı nə edim? Dedilər ki, qapıya qədər gəlmisən, səni qeydiyyata alarıq. Şikayəti nazirliyin rayon şöbəsinə göndərəcəyik”.
Ülvi Qəmbərov deyir ki, nazirliyin rayon şöbəsində ondan sənədlər istəyiblər: “Mən narazı qaldım, şikayətimi davam etdirəcəyəm” “Tələb olunan sənədləri təqdim etdim. Dedilər, get bankda hesab aç, hesab da açmışam. Dedilər ki, gözlə, bu günə qədər gözləyirəm. Mənim kimi 5-6 nəfərdən belə sənədlər alıblar. Bildiyimə görə, hər birimizə 50-100 manat yardım edəcəklər. Yardım hələ ki, yoxdur. Əslində bu məsələni həll etmir. Mən narazı qaldım, şikayətimi davam etdirəcəyəm”. Qəbula düşmüş İsmayıl Mahmudov da narazılıq edir. Onun deməsinə görə, nazirin rayona gəlişini səbirsizliklə gözləyib: “Bu günə qədər məni axtaran olmayıb…” “Zala daxil ola bildim. Həyat yoldaşım və 3 əkiz uşaqlar da mənimlə idi. Nazir qəbul etmədi. Şikayətimi nazir müavinin diqqətinə çatdırdım. Adımı yazdılar. Dedilər ki, gözlə. Bu günə qədər məni axtaran olmayıb, olmayacaq da. Məcburam , həyat məni məcbur edir, ailəmi götürüb Bakıya gedim. İnanmıram ki, bizi kimsə eşidə”. Astara rayonun Ərçivan kənd sakini Dilarə Rzayevanın deməsinə görə də onu nazirin qəbuluna buraxmayıblar. “Bunun bir neçə səbəbi var. Şikayətə gələnlərin problemləri tam həll olunmur. Eşitdiyimə və müşahidələrimə görə, qəbula gələn 5-6 nəfərin şikayəti həll olunur. Qalanların şikayətləri olduğu kimi qalır”. Onun sözlərinə görə, nazirliklər şikayətçilərin qarşısında şərt qoyurlar: “Gömrük Komitəsinin sədri Aydın Əliyev yerlərdə qəbul keçirdərkən nümayəndələri elan edirlər ki, işlə bağlı müraciət qəbul edilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bildirirlər ki, ünvanlı sosial yardımla bağlı nazirə müraciət etməsinlər. Sosial vəziyyətlə, işlə bağlı müraciətlər nəticəsiz qalır…”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?