“Belələrini hamının gözünün qarşısında min cür əzab verə-verə edam etmək lazımdır”.
Bunu “Pişik Günel” ləqəbli müğənni Günel Ələkbərova və cazibədar aparıcı Zemfira Adıgözəlova “Show news”a müsahibəsi zamanı Naxçıvanda 4 yaşlı qızı zorlayan Ələsgər Məmmədov barəsində danışarkən deyib.
Müənni Günel deyib ki, cinayətkarın yaxşı ediblər cinsiyyət orqanını kəsiblər, yandırıblar.
“Kənd camaatı tərəfindən ona verilən əzabı çəkib yaymaq lazım idi. Uşaqlara qarşı bu cür zorakılıq edənləri İrandakı kimi hamının gözü qabağındakı edam etməlidirlər. Ölümdən betər etməlidirlər”, – deyə müğənni bildirib.
Zemfira Adıgözəlova isə deyib ki, bu cür hadisələri gizlətmək əvəzinə ictimailəşdirmək lazımdır.
“Qadın zorlananda bu gizlədilir. Amma cəmiyyətə göstərilməlidir. Belə şeyləri gizlətmək lazım deyil. İctimailəşdirilməlidir”, – deyə Zemfira Adıgözəlova bildirib./BAKU.WS
Sorğu
Yeni dizaynımız necədir?