Artıq bir neçə gündür ki, hüquq mühafizə orqanları Bakının mərkəzi küçələrində (əsasən Nizami küçəsi) aşkar formada can bazarı açan yüngül əxlaqlı qadınlara, onların himayədarlarına qarşı tədbirlər həyata keçirir.
Gündəm Xəbər xəbər verir ki, belə bir hadisəylə azxeber.com-un əməkdaşı rastlaşıb.
Öz əxlaqsızlıqları ilə şəhərimizin mərkəzində miskin mənzərə yaradan şəxslər saxlanılaraq, barələrində müvafiq hüquqi tədbirlər görülür.
Şəhərdə bu hadisəni müşahidə edən əməkdaşımızın dediyinə görə, artıq 4 gündür ki, Bakının Nizami küçəsində yüngül əxlaqlı xanımlar gözə dəymir.
Qeyd edək ki, son zamanlar Bakının mərkəzi küçələrində kütləvi hal alan bu hadisə paytaxt sakinlərini ciddi şəkildə narahat edirdi. Bununla bağlı sosial şəbəkələrdə videolar da yayımlanıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?