Bakının Heydər Əliyev prospektində dəhşətli yol nəqliyyat hadisəsinin yeni görüntüləri yayılıb.
Qəza nəticəsində "Mercedes Gelandewagen" markalı avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov ölüblər. Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Polisdən həmçinin bildirilib ki, baş vermiş qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. Qeyd edək ki, qəzaya düşən "Mercedes Gelandewagen"nin baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus olduğu bildirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?