Bu gün səhər saatlarından başlayaraq, bəzi az oxunan saytlar və blogerlər belə bir məlumat yayıblar ki, guya Heydər Əliyev prospektində baş verən iş səs-küylü avtomobil qəzasının ikinci iştirakçısı Mirməhəmməd İsmayılov sərbəst buraxılıb.
Xatırladaq ki, Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin keçmiş rəis müavini, mayor Əlövsət İsmayılovun oğlu özünün “Mazda” (99 FS 777) markalı maşını ilə Nail Allahverdiyevə məxsus “Mercedes Gеlаndewagen”lə ötüşüb. Ötüşmə faciə ilə nəticələnib.
Dünən DİN və Baş Prokurorluq birgə məlumatla çıxış edərək bildirmişdilər ki, A.İsmayılov 1 ay müddətinə inzibati həbs edilib. Bu gün isə bəzi saytlar və blogerlər bu məlumatın doğruluğunu təkzib etmək fikrinə düşüblər və bildiriblər ki. guya A.İsmayılov həbs edilməyib və avqustun 17-si keçiriləcək toyuna hazırlaşır
“İki nüfuzlu hüquq-mühafizə orqanının bəyanatını təkzib etmək məsuliyyətsizlikdir. Əlbəttə ki, A.İsmayılov həbs edilib”, - bunu virtualaz.org-a Azərbaycan DİN-də bildiriblər.
“Bu cür məlumatın yayılması qeyri-ciddilik və axmaqlıqdır”, - bunu isə Baş Prokurorluğun mətbuat xidmətindən deyiblər./virtualaz.org
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?