GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Vurulmuş” Mahmudovları yenidən “dirçəldən” səbəb

“Vurulmuş” Mahmudovları yenidən “dirçəldən” səbəb

Tarix: 17-08-2017, 13:00 Bölmə :Cəmiyyət Baxış: 428
“Vurulmuş” Mahmudovları yenidən “dirçəldən” səbəb


Eldar Mahmudov “MTN işi” başa çatmamış başını dikəltməyə çalışır; ekspert: “Onun oğlunun hansısa biznesini inkişaf etdirməsi heç də təəccüblü deyil”


Ləğv olunmuş milli təhlükəsizlik nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun oğlu Anar Mahmudov ailə biznesini genişləndirməkdədir. Oğul Mahmudovun idarə etdiyi “Caspian Crystal” LLC şirkəti ilə Fransanın məşhur armanyak (konyakın bir növü, Fransanın Armanyak bölgəsində yetişdirilən xüsusi üzüm sortlarından hazırlanır) içkisi istehsal edən “Chateau de Bordeneuve” şirkəti müqavilə bağlayıb. Müqaviləyə əsasən bu şirkətin istehsal etdiyi armanyak Azərbaycanda “Caspian Crystal” şirkəti tərəfindən satılacaq. Virtualaz.org xəbər verir ki, bu haqda Fransa şirkətinin yaydığı press-relizdə bildirilir.

Orada qeyd olunur ki, “Caspian Crystal” Bakıda mənzillənən, 12 mərtəbəli plazaya, üç ticarət nöqtəsinə, iki şərab anbarına və güclü anbar-paylama şəbəkəsinə malik olan şirkətdir. Chateaux Bordeneuve & Collections şirkətinin kommersiya direktoru Jerom Kastedine bildirib ki, bu sövdələşmə nəticəsində “Collection Privee” və “Baron de Sigognac” markalı armanyak beynəlxalq arenada daha çox tanınacaq, prestij qazanacaq.

“Bizim məhsulların yüksək keyfiyyətini, qüsursuz, beynəlxalq və peşəkar imicini nəzərə alaraq biz əminik ki, uzunmüddətli və davamlı tərəfdaşlığa başlayırıq. Mən ”Caspian Crystal" şirkətinə daha çox uğurlar arzu edirəm və onlara qəti özünəinamlarına görə təşəkkür bildirirəm"-direktor əlavə edib. Fransız konyaklarının Azərbaycanda satışını təşkil etmək üçün müqavilə bağlayan “Caspian Crystal” şirkəti keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailə biznesinə daxildir. Bu holdinqi keçmiş nazirin oğlu Anar Mahmudov idarə edirdi.
“Caspian Cyristal” şirkəti Azərbaycanda dünyanın hər bir yerindən gətirilmiş eksklüziv şərablar və alkoqollu içkilər təklif edən ilk butikin - “Wine City”nin yaradıcısıdır. Hazırda Bakıda bu adla 3 butik fəaliyyət göstərir. “Wine City” mağazasında 18 min şüşənin saxlanıldığı şərab anbarı qurulub. Şərab butikinin layihəsi və dizaynı fransızlarla birgə hazırlanıb. Bu şərablar elit müəssisələrə təqdim edilir və VİP müştərilər üçün nəzərdə tutulub. Habelə “Caspian Crystal” şirkəti 2008-ci ildən etibarən lüks qədəhlər istehsalçısı “Riedel Crystal” şirkətinin Azərbaycanda rəsmi distribütorudur. “Caspian Crystal” şirkətinin fəaliyyətinin bir istiqaməti Avropanın ən yaxşı istehsalçılarından eksklüziv qida məhsullarının idxalıdır. 2007-ci ildə şirkət öz ərzaq bazasını yaradıb və “Gastronomy” pərakəndə və topdansatış üzrə ilk mağazasını açıb.

Hazırda “Gastronomy-1, ”Gastronomy-2? və “Gastronomy-3? mağazaları fəaliyyət göstərir. Öz fəaliyyətinə restoran biznesi ilə başlayan ”Caspian Crystal" - “Beluga”, “Salvador Dali”, “Lord”, “VİP”, “Velluto” və “Crystal Shikhovo” kimi dəbdəbəli restoranlar şəbəkəsi yaradıb. “Caspian Crystal” şirkəti müəssisə və təşkilatların əməkdaşlarının qida ilə təmin olunmasının təşkili üzrə podrat xidmətlərinin göstərilməsi üzrə də ixtisaslaşıb. Azərbaycanda “Range Rover”, “Jaquar”, “Maserati” avtomobillərinin və “Dicati” motosikletlərinin rəsmi təmsilçisi olan “Crystal Motors” şirkəti də “Caspian Crystal” holdinqə bağlıdır. “Caspian Crystal”ın baş ofisi Bakıda Yusif Səfərov küçəsində “Caspian Crystal” plazada yerləşir.

Xatırladaq ki, Eldar Mahmudovun işdən çıxarılmasından və onun MTN-dəki mütəşəkkil qruplaşmasının zərərsizləşdirilməsindən sonra “Caspian Crystal” şirkətinin də fəaliyyətini dayandırdığı haqda məlumatlar gəlirdi. Lakin daha sonra məlum oldu ki, şirkət işləyir və onun tərkibinə daxil olan müəssisələr fəaliyyətini davam etdirir. Bəs şirkət hələ də Eldar Mahmudovun oğluna məxsusdurmu? Yoxsa Azərbaycan bazarına elit alkoqollar, elit qədəhlər, “Range Rover”lər və s. idxal edən şirkət hazırda başqa əllərə keçib?
Virtualaz.org bu suallarla şirkətin ofisinə zəng vurub, Anar Mahmudovun hələ də bu şirkətə rəhbərlik edib-etmədiyi ilə maraqlanıb. Telefon zənginə cavab verən əməkdaş bu suala cavab vermək istəməyib, “bizdə rəhbərlik və şirkətin sahibləri barədə hər hansı informasiyalar məxfidir” deyib. Eyni zamanda şirkətlə maraqlanıldığından təəccübləndiklərini də gizlətməyiblər.

Oğul Mahmudovun Fransa şirkəti ilə müqavilə bağlaması ictimai rəydə birmənalı qarşılanmayıb. Bunu Eldar Mahmudovun dirçəlməsi, yenidən meydana qayıtması kimi qəbul edənlərlə yanaşı sabiq nazirə görə oğluna qarşı addımların atılmamasından narazılıqlarını bildirənlər də var.

Anar Mahmudovun biznesi atasına görə əlindən alınmalı idimi? A.Mahmudov atasına, onun hərəkətlərinə cavabdehlik daşıya bilərmi?

Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyir ki, Azərbaycan daha çox yazılmış qanunlarla deyil, yazılmamış qanunlarla idarə olunur: “Hüquqi baxımdan yanaşanda Eldar Mahmudovun oğlunun biznesini davam etdirməsində heç bir problem yoxdur. Oğul atasına cavabdeh deyil, oğul azad və hüquqi bir dövlətdə biznesini davam etdirir. Yazılmamış qanunlara görə Eldar Mahmudov necə azadlıqdadırsa, onun oğlu da həmin formada biznesini genişləndirir. Eldar Mahmudovun MTN-də baş verən cinayətlərdə nazir kimi dolayı və birbaşa əli olduğu bilinən cinayətlər haqda çoxsaylı məlumatlar var. Amma Eldar Mahmudov heç bir məsuliyyətə cəlb olunmur. Bu adamı qoruyurlar. Onun oğlunun hansısa biznesini inkişaf etdirməsi, qoruması, fəaliyyətini davam etdirməsi heç də təəccüblü deyil.

Düzdür, ölkədə başqa praktika hökmrandır. Kimsə “vurulursa” onun bütün əmlakları, qohum-qardaşının əmlakları əllərindən alınır, bank hesabları, mal-mülklərinə əl qoyulur. “Vurulanın” çoxsaylı qohum-qardaşı vəzifələrdən çıxarılır, təqib olunur. Eldar Mahmudova münasibət isə fərqlidir. Onunla bağlı proses başqa xətlə inkişaf edir. Ata ilə bağlı proses necə inkişaf edirsə, oğlu ilə bağlı da o yöndə davam edir".

İ.İsmayıl deyir ki, kimsə E.Mahmudovun yaxın perspektivdə məsuliyyətə cəlb olunacağını gözləməsin: “Barəsindəki xüsusi qərardad da məsləhət xarakterli idi. Məhkəmə elan edir ki, bu materialların əsasında məsləhətdir ki, cinayət işi başlansın. İttiham tərəfi bunu rədd də edə bilər, necə ki, indiyə qədər edir. Göründüyü kimi ittiham tərəfi bundan uzaqdır, Eldar Mahmudovun barəsində hər hansı bir addım atmır. Bunu edə bilmir, etmək istəmir göz önundədir. Hüquqi nəticəsi olmayan addımların atılması da E.Mahmudov üçün heç nə vəd etmir”.

İ.İsmayıl deyir ki, hakimiyyətin E.Mahmudovla bağlı perspektiv planları var: “Bu planların gerçəkləşməsi üçün Eldar Mahmudovun azadlıqda olması vacibdir. Onun oğlunun biznesinin inkişaf etdirməsi də bu planlara mənfi təsir etmir və bu baxımdan ona kimsə də mane olmur. Eldar Mahmudovla söhbət bəzi maliyyələrin geri qaytarılması istiqamətində gedir. Necə ki, başqaları ilə, eyni qaydada Eldar Mahmudovla da iş aparılır”.

İ.İsmayıl hesab edir ki, E.Mahmudovla aparılan işin üzərindən vəzifəyə qaytarılması mümkün deyil: “Eldar Mahmudovun vəzifəyə qoyulması hakimiyyətə zərər gətirər. Düzdür, Azərbaycanda ictimai rəylə əksərən hesablaşmırlar. İctimai rəy bunu Eldar Mahmudovun qələbəsi kimi qəbul edər. Yəni onu vəzifəyə qoymazlar. Digər tərəfdən Eldar Mahmudovunu özü də vəzifəyə təyin olunmasını istəməz. Onun ən böyük vəzifəsi azadlıqda olmasıdır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudovun oğlunun şirkəti fransızlarla müqavilə bağladı

    Eldar Mahmudovun oğlunun şirkəti fransızlarla ...

    15-08-2017, 23:45

  • 
  • Eldar Mahmudovun oğlunun holdinqi: “Yaguar”lar, “Range Rover”lər, elit şərablar...

    Eldar Mahmudovun oğlunun holdinqi: “Yaguar”lar, ...

    20-10-2015, 13:18

  • 
  • Eldar Mahmudovun şərab evindən - REPORTAJ

    Eldar Mahmudovun şərab evindən - REPORTAJ ...

    20-10-2015, 15:27

  • 
  • Eldar Mahmudov işə başladı: mağazaları açıldı

    Eldar Mahmudov işə başladı: mağazaları açıldı ...

    20-10-2016, 23:24

  • 
  • Eldar Mahmudov və generalların vəzifədə olan kadrları və deputatları – ŞOK MƏKTUB

    Eldar Mahmudov və generalların vəzifədə olan ...

    21-10-2015, 15:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu