GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda təcili tibbi yardım maşınları niyə gecikir? — Rəsmi cavab

Bakıda təcili tibbi yardım maşınları niyə gecikir? — Rəsmi cavab

Tarix: 18-08-2017, 12:53 Bölmə :Cəmiyyət Baxış: 478
Bakıda təcili tibbi yardım maşınları niyə gecikir? — Rəsmi cavab


Təcili tibbi yardım maşınları ilə bağlı müxtəlif məzmunlu şikayətlər hər zaman olur.


Təcili yardım çağıran Bakı sakinləri gah onların gecikməsindən, gah da xəstəyə keyfiyyətli xidmət göstərməməsindən şikayət edir.

Redaksiyaya zəng edən paytaxt sakini çağırdığı təcili tibbi yardım maşınının xeyli yubandığını bildirib.

Xəstə yaxınının dediyinə görə, təcili tibbi yardıma ötən gün saat 14:49-da zəng vurulub, lakin uzun müddət çağırışa cavab gəlməyib.

45 dəqiqədən sonra gələn təcili yardım həkimi gecikmələrinin səbəbini belə izah edib: "Komandaya saat 15:13-də cağırış verilib. Xəstə Xətai rayonunda olduğu halda, yardımı Yasamaldan göndəriblər. Nəticədə yardım maşını 15:34-də ünvana çatıb".

Xəstə yaxınlarının dediyinə görə, onlar əvvəlcə Xətaidəki 2 saylı klinikaya gediblər və xəstə üçün təcili tibbi yardım yardım lazım olduğunu deyiblər. Orada isə onlara nə maşın sürücüsünün, nə də həkimin olmadığını bildiriblər. Daha sonra 14:49-da təcili yardıma zəng vurulduqdan bir müddət sonra Yasamaldan komanda tapıb göndəriblər.

Nəticədə xəstəyə ilkin tibbi yardımı xəstə yaxınları özləri etməyə məcbur olublar.

Məsələ ilə ilə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Operativ və Hospital İşlər üzrə Baş həkimin müavini Murad Mirzəzadə bildirib ki, çağırışlar gəldiyi zaman onun növlərinə görə tezliyi müəyyənləşdirilir: "Əgər çağırış təxirəsalınmazdırsa, onun icra müddəti bir saat ərzindədir. Qeyd etdiyiniz çağırışla bağlı şikayəti araşdırdıq və məlum oldu ki, xəstə təzyiq problemi ilə bağlı təcili yardım çağırıb. Bu cür çağırışlar isə təxirəsalınmaz olduğundan icra müddəti bir saata yaxındır".

Qeyd edək ki, Azərbaycan Səhiyyə Nazirliyinin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Mürsəl Həmidov bir müddət əvvəl "Report"a açıqlamasında vurğulayıb ki, BŞTTTYS-də yaradılan struktura görə həkim briqadası hər bir ünvana 15-20 dəqiqə ərzində çatmalıdır: “Elə yer də ola bilər ki, həmin əraziyə 5 dəqiqəyə çata bilərik. Mövcud problemləri aradan qaldırmaq üçün müxtəlif çıxış yollarından istifadə edirik. Yəni, çağırışların intensiv vaxtlarında, eləcə də, ən pik vaxtlarda, yəni saat 16.00-dan gecə 00.00-a kimi çalışırıq ki, briqadalarımız olduqları ərazilərdən uzaqlaşmasınlar. Onların olduqları yeri mərkəzdən də görürük. Çünki hər bir maşına GPS quraşdırılıb”.

Təcili yardım maşınının Xətaidən deyil, Yasamaldan gəlməsinə gəldikdə isə Murad Mirzəzadə bildirib ki, təcili yardım maşınlarının göndərilməsi rayonlar üzrə bölünmür. Hansı rayon olmasından asılı olmayaraq, çağırış olan əraziyə yaxın briqda varsa, həmin əraziyə göndərilir.

Müstəqil səhiyyə eksperti, tibb elmləri doktoru, professor Adil Qeybulla isə deyib ki, təcili tibbi yardım maşınlarının çağırış ünvanına təyin olunmuş vaxtdan gec çatması işin təşkilindəki qüsurdan irəli gəlir.

Onun sözlərinə görə, təcili tibbi yardım maşınının hadisə yerinə yarım saatdan gec çatmasına bəraət qazandırmaq olmaz: “Çünki onların strukturu elə qurulub ki, təcili çağırış olarsa, ən geci 15-20 dəqiqəyə çağırış yerində olmalıdırlar. Yarımstansiyalar da məhz bunun üçündür. Hadisə yerinə gec çatmaq işin təşkilindəki qüsurdur”.

Ekspert qeyd edib ki, bu işin təkmilləşdirilməsi üçün maddi-texniki bazanın kifayət qədər yüksək olması, yarımstansiyaların sayının və həkimlərin peşəkarlığının artırılması mütləqdir: “Təəssüf ki, bunlar səhiyyədə yaddan çıxan istiqamətlərdir”.

O, həmçinin əlavə edib ki, bu gün ölkənin yollarında təcili tibbi yardım maşınları üçün xüsusi zolaqlar yoxdur: “Bakıda isə küçələrdə heç maşınlar bir-birilərinə yol vermir. Ölkədə yol infrastrukturu üçün kifayət qədər maliyyə vəsaiti ayrılsa da, təcrübə göstərir ki, bu kimi zolaqların salınması üçün heç nə görülmür. Ona görə də təcili yardım maşınları ünvana gec çatır. Təcili yardımın çağırış anından xəstənin yanına getməsi üçün sərbəst yol imkanı lazımdır. Bu imkanı yaratmaq lazımdır. Çünki ünvana gec çatmaq xəstənin həyatı bahasına başa gələ bilər.”/report
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıya xəstə gətirən təcili yardım maşını qəzaya düşdü

    Bakıya xəstə gətirən təcili yardım maşını qəzaya ...

    6-02-2017, 23:47

  • 
  • Təcili tibbi yardım maşını qəzaya düşdü: 9 nəfər yaralandı - FOTO

    Təcili tibbi yardım maşını qəzaya düşdü: 9 nəfər ...

    29-06-2017, 15:18

  • 
  • Yevlax xəstəxanasından xəstələri təxliyyə edən təcili yardım maşını qəzaya düşdü

    Yevlax xəstəxanasından xəstələri təxliyyə edən ...

    27-07-2017, 16:24

  • 
  • Tırtıllı təcili yardım maşınları - VİDEO

    Tırtıllı təcili yardım maşınları - VİDEO ...

    2-12-2016, 14:11

  • 
  • Təcili tibbi yardım maşının sürücüsü yolun ortasında namaz qıldı

    Təcili tibbi yardım maşının sürücüsü yolun ...

    18-07-2014, 22:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu